İlham Əliyev Moldova ilə hərbi sazişi təsdiqlədi

İlham Əliyev Moldova ilə hərbi sazişi təsdiqlədi

Baxış sayı: 2. 435 dəfə baxılıb.

Ölkə prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Fərman verib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, Fərmanda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında 2017-ci il aprelin 24-də Kişinyov şəhərində və iyunun 12-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Moldova Respublikası Hökumətinə bildiriş göndərsin.

www.ÇıxışYolu.Com