d61a798a-251c-4969-99ca-8ddf90ead6e9..jpg

İlham Əliyev Münhendə enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masada iştirak edib – YENİLƏNİB + FOTO

Baxış sayı: 762 dəfə baxılıb.

İlham Əliyev Münhendə enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masada iştirak
edib – YENİLƏNİB + FOTO

Fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları:
Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC

xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev tədbirdə
iştirak edib.

Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan
dövlətimizin başçısı bildirib ki, ötən il Azərbaycanın qaz təchizatının
artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən
töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən
irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Prezident İlham Əliyev
qeyd edib ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən
20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə
çatdırılması nəzərdə tutulur.

Ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin
iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji
Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan dövlətimizin
başçısı vurğulayıb ki, enerji sahəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı
bu sənədə uyğun olaraq bundan sonra da genişlənəcək.

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqda bərpa olunan enerjinin
xüsusi rolunun olduğunu deyən Prezident İlham Əliyev ölkəmizin son dövrlər bu
sahədə bir sıra vacib addımlar atdığını diqqətə çatdırıb. Dövlətimizin başçısı
qeyd edib ki, Azərbaycanda bu istiqamətdə artıq bir sıra layihələr həyata
keçirilir, həmçinin 25 qiqavatadək enerji istehsalı ilə bağlı müxtəlif sənədlər
imzalanıb. Bu isə Azərbaycanın istehsal etdiyi yaşıl enerjinin daxili
istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də imkan verəcək ki, bu da orta və
uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan bundan sonra da Avropanın
enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək.

Tədbirdə digər çıxış edənlər Azərbaycanın ötən dövrdə, xüsusilə keçən il
Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi vurğulayıblar,
Azərbaycanla bu sahədə əməkdaşlığı yüksək qiymətləndiriblər və onun davamlı
olacağına əminliklərini bildiriblər.

14:13

Fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları:
Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC

xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev tədbirdə
iştirak edib.

12:57

Fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları:
Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilir.

AZƏRTAC

xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev tədbirdə
iştirak edir.

Source link