Ölkə prezidenti İlham Əliyev Norveçin kralı əlahəzrət V Haralda təbrik məktubu göndərib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, təbrikdə deyilir:
“Əlahəzrət,
Norveç Krallığının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.