b14fc8ae-f22c-4955-9159-6e383ec87790..jpg

İlham Əliyev rusiyalı deputatın Qarabağa qanunsuz səfəri ilə bağlı Medvedevə məktub göndərdi

Baxış sayı: 1. 984 dəfə baxılıb.

İlham Əliyev rusiyalı deputatın Qarabağa qanunsuz səfəri ilə bağlı Medvedevə
məktub göndərdi

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycan ərazilərinə növbəti
dəfə qanunsuz səfər edib.

Hakim “Vahid Rusiya” partiyasının üzvü Yeni il günlərində Rusiya
sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərə
qeyri-qanuni səfər edərək, orada bir sıra görüşlər keçirib.

APA-nın əldə etdiyi məlumatına görə, onun bu addımı Azərbaycan rəhbərliyinin
kəskin etirazına səbəb olub.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev “Vahid Rusiya” partiyasının sədri
Dmitri Medvedevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiya üzvünün
Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirib.

Qeyd edək ki, V. Milonov bundan əvvəl də Azərbaycanın ərazi bütövlüyünə və
suverenliyinə qarşı dəfələrlə hörmətsizlik nümayiş etdirib.

Source link