İlham Əliyev: Türkiyə dünya miqyasında bir gücdür

İlham Əliyev: Türkiyə dünya miqyasında bir gücdür

Baxış sayı: 2. 374 dəfə baxılıb.

Bir həftə bundan əvvəl paytaxt Bakıda andiçmə mərasimi keçirildi. Hökumətin formalaşması başa çatdı. Prezident seçkilərindən sonra ilk səfərimi qardaş ölkəyə etdim. Bu, təbiidir. Bir ənənədir və onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir.

ÇıxışYolu.Com xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə dünya miqyasında bir gücdür və getdikcə bu güc daha da böyüyür:

“Dostlar sevinir, düşmənlərin kefi pozulur. Əminəm ki, bundan sonra da Türkiyə yalnız qələbə və uğur yolu ilə gedəcək”.

İlham Əliyev bildirib ki, prezident seçkilərində qazandığı qələbəyə görə onu ilk olaraq məhz Türkiyə prezidenti Ərdoğan təbrik edib:

“Məni ilk təbrik edən əziz qardaşım olub. Bir həftə əvvəl andiçmə mərasimi keçirildi. İki gün əvvəl hökumətin formalaşması başa çatdı və dünən mən Ankarada idim”.

Dövlət başçısı Türkiyə və Azərbaycan qardaşlığının və dostluğunun möhkəm olduğunu və bu birliyin çox böyük gələcəyi olduğunu qeyd edib.

.
www.ÇıxışYolu.Com