İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - YENİLƏNİB + FOTO

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı – YENİLƏNİB + FOTO

Baxış sayı: 2. 679 dəfə baxılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri aprelin 25-də başa çatıb.

ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Türkiyənin Baş nazirinin müavini Fikri İşık və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - YENİLƏNİB + FOTOİlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - YENİLƏNİB + FOTOİlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - YENİLƏNİB + FOTO

17:38

Aprelin 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - YENİLƏNİB + FOTOİlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - YENİLƏNİB + FOTOİlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - YENİLƏNİB + FOTO

12:06

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 25-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə – Anıtqəbirə gedib.

ÇıxışYolu.Com xəbər verir ki, dövlət başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət edib.

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub.

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib. Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb.

24.04.2018, 18:58

Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.

ÇıxışYolu.Com-ın məlumatına görə, dövlət başçısı H. Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.

Qeyd edək ki, Ankaradakı Heydər Əliyev Parkı 2004-cü ildə salınıb. 2012-ci ildə parkda əsaslı yenidənqurma işləri aparılıb. Nəticədə bu park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib. 

Parkın girişində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2004-cü il aprelin 4-də əkdikləri Xan çinarı ağacları və bu barədə məlumatın qeyd edildiyi mərmər lövhələr var. 

Bu istirahət məkanındakı şərait – mərasim meydanı, idman meydançası, uşaq əyləncə sahəsi bütün yaş qrupundan olan şəhər sakinlərinin öz zövqünə uyğun istirahət etmələri üçün imkanlar yaradır. 

Hazırda parkın ərazisində inşa edilən “Buta” Azərbaycanı Təbliğ Evinin tikintisi yekunlaşmaq üzrədir.

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - YENİLƏNİB + FOTOİlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - YENİLƏNİB + FOTOİlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - YENİLƏNİB + FOTOİlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - YENİLƏNİB + FOTOİlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - YENİLƏNİB + FOTOİlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - YENİLƏNİB + FOTO

17:27

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, hava limanında onu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar və digər rəsmi şəxslər qarşılayıb.

Qeyd edək ki, prezident İlham Əliyevin VII Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi bildirilir. 

Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - YENİLƏNİB + FOTOİlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - YENİLƏNİB + FOTOİlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - YENİLƏNİB + FOTOİlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - YENİLƏNİB + FOTOİlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - YENİLƏNİB + FOTO

www.ÇıxışYolu.Com