c5aa6784-480c-40d7-b761-8ebe20215390..jpg

İlham Əliyev və Mehriban Əliyeva Neftçala Olimpiya İdman Kompleksinin açılışında – YENİLƏNİB + FOTO

Baxış sayı: 800 dəfə baxılıb.

İlham Əliyev və Mehriban Əliyeva Neftçala Olimpiya İdman Kompleksinin
açılışında – YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci-vitse-prezident
Mehriban Əliyeva aprelin 18-də Neftçala Olimpiya İdman Kompleksinin açılışında
iştirak ediblər.

AZƏRTAC

xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına
və Birinci vitse-prezidentə kompleksdə görülən işlər barədə məlumat verib.

Bildirilib ki, ərazisi 4 hektar olan kompleksin tikintisinə 2013-cü ildə
başlanılıb və inşaat işləri mərhələli şəkildə icra edilib. Sahəsi 12 min 848
kvadratmetr olan idman kompleksinin binasında yaradılan 770 tamaşaçı yeri olan
universal idman zalında basketbol, voleybol, həndbol, minifutbol, badminton
üzrə məşqlərin və yarışların keçirilməsi üçün lazımi şərait yaradılıb. Eyni
zamanda, burada gimnastika, güləş, cüdo, ağır atletika, fitnes-trenajor,
taekvondo, aerobika, sambo, karate, boks və kiqboksinq, rəqs, şahmat və digər
idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulub.

Kompleksə üzgüçülük hovuzu da daxildir. Burada 220-dən çox tamaşaçının
yarışları izləməsi üçün hər cür şərait var.

Ərazidə 56 çarpayılıq üçmərtəbəli mehmanxana binası da fəaliyyət göstərəcək.
Burada fiziki imkanları məhdud şəxslər üçün də nömrələr nəzərdə tutulub.
Mehmanxana korpusunun foyesində restoran və kafe də fəaliyyət göstərəcək. Eyni
zamanda, kompleksdə əlavə olaraq 68 nəfərlik restoran rayon sakinlərinin və
qonaqların istifadəsinə veriləcək. Restoranın açıq sahəsi burada yay mövsümündə
və əlverişli hava şəraitində müxtəlif idman məşqləri, gənclərin yay düşərgələri
ilə bağlı tədbirlərinin keçirilməsinə imkan verir.

Kompleksdə, həmçinin süni ot örtüklü qapalı minifutbol və açıq tipli
minifutbol meydançası, açıq hava idman meydançası, iki Bocce idman oyunu
meydançası, uzunluğu 280 metr olan xüsusi yumşaq döşəməli dairəvi qaçış zolağı
da yaradılıb.

Bir sözlə, kompleksdə idmançıların və qonaqların istirahəti üçün bütün
imkanlar var.

11:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident
Mehriban Əliyeva aprelin 18-də Neftçala Olimpiya İdman Kompleksinin açılışında
iştirak ediblər.

Bu barədə AZƏRTAC

məlumat yayıb.

Source link