61d1b311-912f-43a9-bc29-a8bc95608edc..jpg

İlham Əliyev və Mehriban Əliyeva “Qarabağ” – “Qalatasaray” oyununa stadionda baxıblar – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 1. 062 dəfə baxılıb.

İlham Əliyev və Mehriban Əliyeva “Qarabağ” – “Qalatasaray” oyununa stadionda
baxıblar – YENİLƏNİB + FOTO/VİDEO

Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun
“Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib.

AZƏRTAC

xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyeva stadionda oyuna baxıblar.

“Qalatasaray” futbol klubunun prezidenti Dursun Özbək Prezident İlham Əliyevə
komandanın oyunçularının imzası olan formanı və digər xatirə hədiyyələrini
təqdim edib.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda “Qalatasaray” komandası
erkən qolla hesabı açıb. Matçın 4-cü dəqiqəsində İstanbul təmsilçisinin
heyətində Bafetimbi Qomis fərqlənib. Görüşün 19-cu dəqiqəsində “Qarabağ”ın
oyunçusu Redon Cica hesabı bərabərləşdirib. “Qalatasaray” matçın 87-ci
dəqiqəsində Mauro İkardinin 11 metrlik cərimə zərbəsindən vurduğu qol sayəsində
yenidən hesabda irəli çıxıb. Bu, oyunda sonuncu qol olub. Beləliklə, “Qarabağ”
– “Qalatasaray” xeyriyyə matçı İstanbul təmsilçisinin qələbəsi ilə başa çatıb –
1:2

Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin – güclü zəlzələnin
fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən
əldə olunacaq bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə
göndəriləcək. Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısının qısa
müddətdə satılması bu qarşılaşmaya göstərilən böyük maraqla yanaşı, Azərbaycan
xalqının çətin gündə qardaş Türkiyə ilə sarsılmaz həmrəylik nümayiş
etdirməsinin də əyani təsdiqidir.

20:06

Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun
“Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilir.

AZƏRTAC

xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev və Birinci
vitse-prezidentMehriban Əliyeva stadionda oyuna baxırlar.

Source link