8bfc3da6-e865-40e8-a637-71b4d0dd450a..jpg

İlham Əliyev: “Vaxtilə tarixə qovuşmuş NABUKKO layihəsini biz indi canlandırmışıq”

Baxış sayı: 653 dəfə baxılıb.

İlham Əliyev: “Vaxtilə tarixə qovuşmuş NABUKKO layihəsini biz indi
canlandırmışıq”

“Son illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji
sahəsində əməkdaşlıq üçün də çox güclü zəmin yaratdı”.

AZƏRTAC

xəbər verir ki, bu barədə Azərbaycan Prezidentiİlham Əliyev Budapeştdə
Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında deyib.

“Cənab Baş nazir (Viktor Orban-red.) xatırlatdı ki, vaxtilə NABUKKO layihəsi
üzərində böyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi
üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz
resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə
etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir
enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki,
Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır”, – deyə
dövlətimizin başçısı bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, ötən il Avropa Komissiyası ilə imzalanan
sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı
planlaşdırırıq: “Bunun üçün resurslar da var, siyasi iradə də var və
tərəfdaşlarımızla təmaslar da var”.

Source link