7b08a08d-7a9a-4b5e-a27d-56717b44368a..jpg

İlham Əliyev: “Yetişdirdiyimiz gənc nəsil idman arenalarında da, döyüş meydanında da bayrağımızı qaldırır”

Baxış sayı: 833 dəfə baxılıb.

İlham Əliyev: “Yetişdirdiyimiz gənc nəsil idman arenalarında da, döyüş
meydanında da bayrağımızı qaldırır”

“Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə
ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2022-ci ilin idman
yekunlarına həsr olunan tədbirdəki çıxışında bildirib.

Dövlətimizin başçısı deyib: “Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq.
Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı
quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir
vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək
nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik
və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin
bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində
iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi – bizim siyasətimiz əsasında
yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu
amil əlbəttə ki, bütün sahələrdə özünü göstərir”.

Prezident İlham Əliyev qeyd edib ki, artıq iki ildən çoxdur xalqımız müzəffər
xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq.

“Sadəcə olaraq, bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu
müqəddəs Zəfərə layiq olmalıyıq. Əminəm ki, indi idmançılarımız beynəlxalq
yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir
hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha
təsdiqləyirlər”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Source link