b8aaea99-9724-404a-84c3-fadfe5e2b52a..jpg

İlham Əliyev yunanıstanlı həmkarına başsalığı verdi

Baxış sayı: 748 dəfə baxılıb.

İlham Əliyev yunanıstanlı həmkarına başsalığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının
Prezidenti Katerina Sakellaropuluya başsalığı verib.

Prezident.az xəbər verir ki,
məktubda deyilir:

“Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması
nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi
son dərəcə kədərləndirdi.

Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına,
bütün Yunanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə
başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Source link