Azərbaycan prezidenti İlham Əliyev Yunanıstan prezidenti Prokopis Pavlopulosu Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib.
ÇıxışYolu.Com-ın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.