f59f087d-83aa-4084-939f-5dedc12487e4..jpg

İlham Əliyevin tapşırığına uyğun olaraq, növbəti təyyarə Türkiyəyə yola salındı – FOTO/VİDEO

Baxış sayı: 767 dəfə baxılıb.

İlham Əliyevin tapşırığına uyğun olaraq, növbəti təyyarə Türkiyəyə yola
salındı – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq,
Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan
qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət
növbəti təyyarə qardaş ölkəyə yola düşüb.

Bu barədə FHN məlumat yayıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin Adana şəhərinə istiqamət
alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün
çadırlar, adyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün üç ədəd
konteyner yola salınıb.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun
olaraq,Türkiyədə baş vermiş güclü zəlzələnin
fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək
məqsədi ilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

Eyni zamanda, bu gün səhər saatlarında Türkiyəyə daha bir təyyarə
yola salınıb. FHN-in hər cür tibbi avadanlıq və
ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndərilib. Hospital dörd
funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv
terapiya bölməsindən, üç köməkçi konteynerdən və üç hava ilə doldurulan
moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və
müalicəsi üçün müvafiq şəraitlə təmin olunub.

Mobil səhra hospitalında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Yola
salınan təyyarələrin heyəti 41 nəfərdən ibarətdir. Onların 34 nəfəri tibbi
heyətdir. Əməkdaşların Türkiyənin hansı ərazilərində xidmət göstərəcəklərinə
orada qərar veriləcək.


Source link