İlham Əliyevin Türkiyə səfərinin tarixi açıqlandı

İlham Əliyevin Türkiyə səfərinin tarixi açıqlandı

Baxış sayı: 1. 916 dəfə baxılıb.

Azərbaycan Prezidenti İlham Əliyev 24-25 aprel tarixlərində Türkiyəyə səfər edəcək.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan VII Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəklər.

Bildirilir ki, keçiriləcək görüşlərdə Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin daha da dərinləşdirilməsi, beynəlxalq və regional məsələlər müzakirə olunacaq.

www.ÇıxışYolu.Com