İlham Əliyevlə Ərdoğan arasında görüş keçirilib - YENİLƏNİB - FOTO + VİDEO

İlham Əliyevlə Ərdoğan arasında görüş keçirilib – YENİLƏNİB – FOTO + VİDEO

Baxış sayı: 2. 585 dəfə baxılıb.

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev arasında təkbətək görüş keçirilir.

ÇıxışYolu.Com-ın məlumatına görə, görüşdən sonra Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçiriləcək. İclasın sonunda iki ölkə arasında bır sıra sənədlərin imzalanması planlaşdırılır. Daha sonra prezidentlər mətbuata bəyanatla çıxış edəcəklər.

Qeyd edək ki, bu səfər Azərbaycan prezidentinin yenidən bu vəzifəyə seçilməsindən sonra ilk xarici rəsmi səfəridir.

İlham Əliyevlə Ərdoğan arasında görüş keçirilib - YENİLƏNİB - FOTO + VİDEO

13:10

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezident Sarayında rəsmi qarşılanma mərasimi keçirilib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, İlham Əliyev  türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan tərəfindən qarşılanıb.

Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Mərasimdə hər iki ölkənin dövlət himni səsləndirilib.

Rəsmi qarşılanmanın ardınca prezidentlər arasında təkbətək görüşü olacaq.

Görüşün ardınca iki ölkə prezidentləri Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasına qatılacaqlar,  sonra prezidentlər mətbuata bəyanatla çıxış edəcəklər.

İlham Əliyevlə Ərdoğan arasında görüş keçirilib - YENİLƏNİB - FOTO + VİDEOİlham Əliyevlə Ərdoğan arasında görüş keçirilib - YENİLƏNİB - FOTO + VİDEOİlham Əliyevlə Ərdoğan arasında görüş keçirilib - YENİLƏNİB - FOTO + VİDEOİlham Əliyevlə Ərdoğan arasında görüş keçirilib - YENİLƏNİB - FOTO + VİDEOİlham Əliyevlə Ərdoğan arasında görüş keçirilib - YENİLƏNİB - FOTO + VİDEO

www.ÇıxışYolu.Com