Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Hər iki ölkə başçıları faşizm üzərində qələbə günü münasibətilə bir-birlərini təbrik ediblər.
“Telefon danışığı zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Vətən Müharibəsindəki Qələbənin 76-cı ildönümü münasibətilə bir-birlərini səmimi qəlbdən təbrik ediblər və hər iki ölkənin qəhrəmanlıq xatirəsini müqəddəs şəkildə ehtiramla yad etdiyini, misilsiz qəhrəmanlıq və fədakarlıq göstərən veteranlara dərin minnətdarlıqlarını bildiriblər”, – deyə məlumatda qeyd edilir.
Prezidentlər Rusiya-Azərbaycan əməkdaşlığının hərtərəfli inkişaf etdirməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini təsdiqləyiblər və müxtəlif səviyyələrdə əlaqələrin inkişafı barədə razılığa gəliblər.