Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də ABŞ
prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş
direktoru Maykl Karpenteri qəbul edib.
AZƏRTAC
xəbər verir ki, Maykl Karpenter qəbula görə təşəkkürünü bildirib. O, ABŞ-nin
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını
dəstəklədiyini vurğulayaraq, sülh müqaviləsinin imzalanması üçün hazırkı
şəraitdə tarixi imkanların olduğunu deyib.
Sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların
yaranacağını vurğulayan qonaq bildirib ki, ABŞ-nin bu prosesin irəli
aparılmasında qəti dəstəyi var.
Sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının
məhz Azərbaycan olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, ölkəmiz
regional sülh gündəliyini dəstəkləyir. Prezident İlham Əliyev qeyd edib ki,
Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra
göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən
suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi
iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu
bildirən Prezident İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan
sonra da qəti addımlarını davam etdirəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyə aid olan məsələlər
barədə də fikir mübadiləsi aparılıb.
10:53
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də ABŞ
prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş
direktoru Maykl Karpenteri qəbul edib.
Bununla bağlı AZƏRTAC
məlumat yayıb.