c3d1cfe5-a0c2-485a-a73e-cb71f33307b2..jpg

İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik etdi

Baxış sayı: 682 dəfə baxılıb.

İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstraliya İttifaqının
General-Qubernatoru Devid Con Hörliyə təbrik məktubu göndərib.

President.az xəbər verir ki,
məktubda deyilir:

“Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə və xalqınıza öz
adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Avstraliya münasibətləri xalqlarımızın mənafelərinə
uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya
xalqına firavanlıq və rifah arzulayıram”.

Source link