1c900826-5997-4bc6-aea7-ffefb9639d39.jpg

İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub

Baxış sayı: 147 dəfə baxılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də “Bakı
Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Bakıda komplektləşdirilən yeni
nəsil metro qatarları ilə tanış olub.

AZƏRTAC

xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Bakı
Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin
başçısına qatarlar barədə məlumat veriblər.

Bildirilib ki, “Qlobalnıye Transportnıye Reşeniya” MMC ilә “Bakı
Metropoliteni” QSC arasında bağlanmış müqavilәyә әsasәn, 2024-2026-cı illәr
әrzindә 65 yeni vaqonun (13 qatar tәrkibi) istehsal edilәrәk Bakı
metropoliteninә gәtirilmәsi nәzәrdә tutulub. Hәmin müqavilәyә uyğun olaraq,
2024-cü ildә 35 (7 qatar tәrkibi), 2025-ci ildә 20 (4 qatar tәrkibi), 2026-cı
ildә isә 10 vaqon (2 qatar tәrkibi) istehsal edilməlidir.

Diqqətə çatdırılıb ki, “81-765 Б/766 Б” seriyalı qatar tәrkibi innovasiyalar
baxımından 4-cü nәsilә mәnsubdur. Vaqonlar “Bakı Metropoliteni” QSC-nin texniki
şәrtlәrinә uyğun istehsal olunub vә yığılaraq komplektlәşdirilmәsi Bakı
metropolitenindә tәşkil edilir. Vaqonların yığılması prosesi digәr
metropolitenlәr üçün nәzәrdә tutulmuş standart layihә әsasında deyil, Avropanın
әn yüksәk texnoloji tәlәblәrә cavab verәn aparıcı istehsalçılarının avadanlıq
vә sistemlәri ilә aparılır. Bakı metropoliteninin mürәkkәb relyefi, texniki
xüsusiyyәtlәri, paytaxtın iqlimi, geoloji şәraiti nәzәrә alınmaqla
avadanlıqların istismar müddәtindә yüksәk tәhlükәsizlik tәlәblәrinә cavab
vermәsinə, etibarlılığına, uzunömürlülüyünə, istehsal zәmanәtinə,
sәmәrәliliyinə vә digәr üstünlüklәrinә diqqәt yetirilib. Bu xüsusda, Avropa
istehsalçıları ilә 9 müqavilә imzalanaraq avadanlıqların birbaşa Bakıya
gәtirilmәsi tәmin edilib. Nәticәdә, vaqonların yüksәk keyfiyyәt standartları
tәmin edilmәklә yığılmasının Bakıda tamamlanaraq xәttә buraxılması nәzәrdә
tutulub.

Vaqonların Bakıda yığılaraq komplektlәşdirilmәsi, sazlama, hәmçinin sınaq
işlәrinin aparılması mәqsәdilә Bakı metropoliteninә istehsalçı şirkәtin 54
nәfәrdәn ibarәt heyәti ezam edilib. Yeni nәsil qatarların hәr birinin baş
vaqonları 315, orta vaqonları 329 sәrnişin üçün hesablanıb. Baş vaqonlarda 38,
orta vaqonlarda 44 oturacaq var. Vaqonların qapıları 1400 mm olmaqla әvvәlki
nәsil vaqonlarla müqayisәdә 12 faiz daha genişdir. Qatarlarda әlil arabaları,
iri yüklәr vә uşaq arabaları üçün çoxfunksiyalı zonalar, mikroiqlim nәzarәti,
videomüşahidә, interaktiv sәrnişin mәlumatlandırma sistemlәri, mobil cihazlar
üçün USB portlar, orijinal işıq qrafikası mövcuddur. Vaqonlar hermetik olduğuna
görə sәs-küysüzdür vә istilik izolyasiyasına malikdir. Әvvәlki nәsil qatarlarla
müqayisәdә vaqondan-vaqona birbaşa keçidlәr sәrnişinlәrin qatar boyunca
hәrәkәtini tәmin edir. Bakıya gәtirilmiş 7 qatardan 5-nin yığılaraq
komplektlәşdirilmәsi, sazlanması və sınaq işlәri başa çatdırılıb. Daha 2
qatarın xәttә buraxılması noyabrın 8-nә qәdәr tәmin edilәcәk.

Dövlətimizin başçısı Bakıda komplektləşdirilən qatarların vaqonlarına baxıb.

Qeyd edilib ki, yeni qatarlar nәzәrә alınmaqla, Bakı metropoliteninin vaqon
parkında innovasiyalar baxımından sonuncu nәslә mәnsub vaqonların ümumi sayı
150-yә çatdırılıb.

09:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də “Bakı
Metropoliteni” QSC-nin Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə
tanış olub.

Bununla bağlı AZƏRTAC

məlumat yayıb.

Source link