d7a20ef1-92e7-441d-b4f5-a54e48748b40.jpg

İlham Əliyev Banqladeşin ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Baxış sayı: 143 dəfə baxılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Banqladeş
Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Amanul Haqın etimadnaməsini qəbul edib.

AZƏRTAC

xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Banqladeş arasında ikitərəfli
münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq, siyasi
əlaqələrimizin, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən
ticarət, investisiya və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi
üçün yaxşı imkanların olduğunu deyib.

Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin
bir-birini dəstəkləməsinin önəmini qeyd edib.

Səfir Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinin
salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da
salamlarını Banqladeş dövlətinin başçısına çatdırmağı xahiş edib.

Dövlətimizin başçısı əvvəllər Banqladeş Prezidenti ilə təmaslarını
xatırlayaraq Məhəmməd Şahabuddinin COP29-da iştirak edəcəyini məmnunluqla
vurğuladı, ona fəaliyyətində uğurlar arzulayıb.

Amanul Haq ikitərəfli münasibətlərlə bağlı xoş sözlərə görə dövlətimizin
başçısına minnətdarlığını ifadə edib.

COP29-un əhəmiyyətinə toxunan səfir bu tədbirdə Prezident səviyyəsində təmsil
olunacaqlarından məmnunluqlarını bildirib.

11:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Banqladeş
Xalq Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Amanul Haqın etimadnaməsini qəbul edib.

Bununla bağlı AZƏRTAC

məlumat yayıb.

Source link