2a982dcc-be7c-4e5a-8afa-57124d4981aa..jpg

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib – YENİLƏNİR + FOTO/CANLI YAYIM

Baxış sayı: 596 dəfə baxılıb.

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib – YENİLƏNİR + FOTO/CANLI
YAYIM
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı
Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli
Seqmentində iştirak edib.

AZƏRTAC

xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.

11:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində
keçirilən “XV Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxış
edir.

“Report”un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan lideri “XV
Petersberq İqlim Dialoqu”nun ikinci gününə Almaniya Kansleri Olaf Şolts ilə
birgə qatılıb.

11:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində
keçirilən “XV Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində iştirak
edir.

Bu barədə “Report”un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir.

Əvvəlcə ailə fotosu çəkdirilib.

10:44

“15-ci Petersberq İqlim Dialoqu”nun ikinci günü başlayır.

“Report”un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev
aprelin 26-da keçiriləcək “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli
Seqmentində iştirak edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şoltsun tədbirdə
çıxışı gözlənilir.

Xatırladaq ki, Azərbaycan lideri Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə
aprelin 25-də Almaniyaya işgüzar səfər edib. İlham Əliyevin səfər çərçivəsində
Almaniya Prezidenti Frank Valter-Ştaynmayer, Kansler Olaf Şolts və xarici işlər
naziri Annalena Berbok ilə görüşü gözlənilir.


Source link