efe0ffdb-3b09-464f-a85e-236325efd5d8.jpg

İlham Əliyev Çex prezidentinə təbrik məktubu göndərdi

Baxış sayı: 160 dəfə baxılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının
Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki,
məktubda deyilir:

“Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz
adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı
çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Çexiya arasında dostluq münasibətlərinin
genişlənməsi, əməkdaşlığımızın inkişafı üçün bundan sonra da birgə səylər
göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar,
xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.

Source link