İlham Əliyev: “Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini
qurmaq imkanını bloklayır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da
imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli,
“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın
şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi olmalıdır və
Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir. Bu, Prezident Putin, Baş
nazir Paşinyan və mənim tərəfimdən imzalanmışdır. İndi isə üç ildən çoxdur ki,
Ermənistan bu müddəanı, əslində, pozur”.
AZƏRTAC
xəbər verir ki, bu sözləri Prezidentİlham Əliyev aprelin 23-də ADA
Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda
beynəlxalq forumda çıxışında deyib.
“İndi isə onlar, belə demək olarsa, həmin müddəanı aradan çıxarmaq istəyirlər.
Lakin, bu, mümkün deyil. Onlar Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini
qurmaq imkanını bloklayırlar. Bu cür münasibət, təbii ki, çox məyus edir”, –
deyə Prezident İlham Əliyev bildirib.