439d7820-9847-4cc8-9873-db6c4edab9aa..jpg

İlham Əliyev: “Heydər Əliyevin səyləri sayəsində Azərbaycanda şəffaf maliyyə və audit sistemi qurulub”

Baxış sayı: 448 dəfə baxılıb.

İlham Əliyev: “Heydər Əliyevin səyləri sayəsində Azərbaycanda şəffaf maliyyə
və audit sistemi qurulub”

“Məhz Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğu yolunda yorulmaz
səyləri, polad iradəsi sayəsində Azərbaycanda şəffaf maliyyə və audit sistemi
qurulmuşdur. Anadan olmasının 100 illiyini qeyd etdiyimiz bu ildə biz Ulu Öndər
tərəfindən təməli qoyulmuş, dinamik inkişaf edən güclü iqtisadiyyat görürük”.

AZƏRTAC

xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “Dayanıqlı
inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki
konfransın iştirakçılarına ünvanlandığı məktubda bildirilib.

Məktubda, həmçinin qeyd edilib ki, müstəqilliyimizin ilk illərində iflasa
uğramış ölkə iqtisadiyyatını dirçəltməyin yeganə yolunu bazar iqtisadiyyatına
keçiddə, dünya iqtisadiyyatına inteqrasiyada görən Ümummilli Lider irimiqyaslı
islahatlara start vermişdi. Onun rəhbərliyi ilə korporativ idarəetmənin
təkmilləşdirilməsi, azad rəqabət mühitinin dəstəklənməsi sahəsində görülən
fundamental tədbirlər azad sahibkarlığın inkişafını ön plana çəkmişdi. Eyni
zamanda, Heydər Əliyevin uzaqgörən siyasəti, böyük dövlətçilik təcrübəsi və
strateji baxışı ölkənin iqtisadi inkişafını təmin etməklə yanaşı, çoxvektorlu
iqtisadi siyasətimizin əsasını qoyub, Azərbaycana dünyada etibarlı tərəfdaş
statusu qazandırıb.

Source link