Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Respublikasının
Prezidenti Əbdüllətif Camal Rəşidə təbrik məktubu ünvanlayıb.
President.az
məktubda deyilir:
“İraq Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza
şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri birgə səylərimizlə
bundan sonra da inkişaf edəcək, həm ikitərəfli qaydada, həm də çoxtərəfli
təsisatlarda əməkdaşlığımız daha da genişlənəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İraq
xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.