Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Hökumətinin Sədri Pedro Sançezə
başsağlığı verib.
AZƏRTAC
xəbər verir ki, başsağlığı məktubunda deyilir:
“Hörmətli cənab Sədr,
Valensiya regionunda baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan
tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün
İspaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı
verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə
aradan qaldırılmasını arzulayıram”.