519a238e-de2f-4945-b9f5-146225289adf..jpg

İlham Əliyev Lüksemburqun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib – YENİLƏNİB + FOTO

Baxış sayı: 426 dəfə baxılıb.

İlham Əliyev Lüksemburqun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
– YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də Lüksemburq
Böyük Hersoqluğunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Alain de Muyserin etimadnaməsini qəbul edib.

AZƏRTAC

xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Səfir Alain de Muyser Lüksemburqun Azərbaycanda akkreditə edilən ilk səfiri
olmasından məmnunluğunu bildirərək, bu təyinatın və səfir kimi fəaliyyətinin
ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafına, eyni zamanda,
insanlar arasında təmasların artmasına xidmət göstərəcəyini qeyd edib.

Prezident İlham Əliyev Lüksemburq Böyük Hersoqluğunun səfirinin Azərbaycanda
akkreditə olunmasını əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib.
Dövlətimizin başçısı Azərbaycan ilə Lüksemburq arasında əlaqələrin həm də
Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından önəmini qeyd edib. Prezident
İlham Əliyev əməkdaşlığın inkişafı üçün səylərin fəallaşdırılmasının
zəruriliyini bildirib. Alain de Muyserin səfir kimi əlaqələrimizin
genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlığını ifadə edən Azərbaycan
Prezidenti ona fəaliyyətində uğurlar arzulayıb.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı surətdə məlumatlandırmanın və
iqtisadi təmasların artırılmasının vacibliyi qeyd olunub.

Səfir COP29-un Azərbaycanda keçirilməsi barədə qəbul edilmiş qərarla bağlı
təbriklərini dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.

Yaşıl enerjiyə keçid, yüksək və kosmik texnologiyalar sahələrində Lüksemburqun
zəngin təcrübəyə malik olduğunu deyən səfir bu sahədə də əməkdaşlıq üçün böyük
imkanların olduğunu qeyd edib. O, Lüksemburqun əsas daşıma şirkəti olan
“Cargolux” ilə Azərbaycanın uğurlu əməkdaşlıq etdiyini vurğulayıb.

Söhbət zamanı ölkələrimiz arasında bank, maliyyə, nəqliyyat və digər sahələrdə
əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

14:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də Lüksemburq
Böyük Hersoqluğunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Alain de Muyserin etimadnaməsini qəbul edib.

Bununla bağlı AZƏRTAC

məlumat yayıb.

Source link