Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana
təbrik məktubu göndərib.
President.az
məktubda deyilir:
“Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və
Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Qarşılıqlı inam və etimada əsaslanan və gündən-günə yeni məzmunla zənginləşən
Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.
Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün sahələrdə
genişləndirilməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da
dərinləşməsinə xüsusi önəm veririk. Ali səviyyədə qarşılıqlı anlaşma və fəal
siyasi dialoqun mövcudluğu bunun üçün əlverişli zəmin və imkanlar
formalaşdırmışdır.
Əminəm ki, Azərbaycan-Macarıstan dostluq münasibətlərinin və strateji
tərəfdaşlığının möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi
dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə həm ikitərəfli
qaydada, həm də çoxtərəfli müstəvilərdə, xüsusilə də Türk Dövlətləri Təşkilatı
çərçivəsində bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul
fəaliyyətinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və
firavanlıq arzulayıram”.