b262c223-1b50-4048-8aa2-327b55454f92..jpg

İlham Əliyev Makrona: “Qarabağın TŞ-yə çıxarılması üçün yeni cəhd nəticəsiz başa çatacaq”

Baxış sayı: 566 dəfə baxılıb.

İlham Əliyev Makrona: “Qarabağın TŞ-yə çıxarılması üçün yeni cəhd nəticəsiz
başa çatacaq”

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng
edib.

“Caliber” xəbər verir ki, söhbət zamanı Fransa lideri öz ənənəvi üslubunda
Ermənistanı müdafiə etməyə və ölkəmizin Qarabağ bölgəsi ilə bağlı mövzuları
şərh etməyə çalışıb. Prezident İlham Əliyev isə qeyd edib ki, Qarabağ və
Qarabağ ermənilərinin problemləri Azərbaycanın daxili məsələləridir.

Dövlət başçısı həmçinin xatırladıb ki, sentyabrın 19-da Ermənistan silahlı
qüvvələri Azərbaycanın mülki əhalisinə və hərbi qulluqçularına qarşı terror
aktı törədib. Buna cavab olaraq Azərbaycan ən yüksək səviyyədə həyata keçirilən
antiterror tədbirlərinə başlayıb. Proses Qarabağ bölgəsində Ermənistan silahlı
qüvvələrinin və digər qanunsuz erməni silahlı birləşmələrinin tərksilah
edilməsi ilə başa çatıb.

Bundan başqa, Makronun diqqətinə çatdırılıb ki, sentyabrın 21-də Azərbaycanın
mərkəzi hökumətinin səlahiyyətli nümayəndəsinin Azərbaycanın Qarabağ bölgəsində
yaşayan etnik ermənilərin nümayəndələri ilə Yevlaxda görüşü keçiriləcək,
onların reinteqrasiya məsələləri müzakirə olunacaq.

Bildirilib ki, ermənilər vaxtilə Azərbaycanın təkliflərini və onun
reinteqrasiya proqramını qəbul etsəydilər, hadisələr başqa cür inkişaf
edəcəkdi. İlham Əliyev həmçinin Makrona açıq şəkildə bildirib ki, Fransanın BMT
Təhlükəsizlik Şurasındakı (TŞ) təşəbbüsü nəticəsiz başa çatacaq daha bir
mənasız təşəbbüsdür.

Source link