7a32dbd8-7551-4e20-8774-cbd7726c1f23.jpg

İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib

Baxış sayı: 188 dəfə baxılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də “MAN
Truck&Bus” şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edib.

AZƏRTAC

xəbər verir ki, COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərini çatdıran
qonaq bunun çox önəmli bir tədbir olduğunu vurğulayıb.

Aleksandr Vlaskamp COP29-da nəqliyyat sahəsinin də mühüm amil olduğunu
deyərək, bu istiqamətdə Azərbaycanla əməkdaşlığın önəminə toxunub.

Dövlətimizin başçısı qeyd edib ki, COP29-a hazırlıq işləri artıq son
mərhələdədir. Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizdə bu işlərə bir
ildən də az vaxt olmasına baxmayaraq, Azərbaycan COP29-un yüksək səviyyədə
keçirilməsi üçün səylərini əsirgəmir. Dövlətimizin başçısı COP29-un
Azərbaycanda keçirilməsi ilə bağlı 198 ölkənin yekdil dəstəyini yüksək
qiymətləndirərək bu cür tədbirin regionda birinci dəfə ölkəmizdə təşkil
edilməsinin böyük önəm daşıdığını qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanda yaşıl və bərpa olunan enerjiyə keçid
istiqamətində böyük işlərin görüldüyünü və artıq bir sıra mühüm layihələrin
reallaşdırıldığını bildirib.

Dövlətimizin başçısı ölkəmizdə nəqliyyat sisteminin də səmərəli fəaliyyəti
üçün tədbirlər görüldüyünü dedi və bu baxımdan “MAN Truck&Bus” şirkəti ilə
əməkdaşlığın əhəmiyyətinə toxunub.

Görüşdə ölkəmizlə “MAN Truck&Bus” şirkəti arasında potensial əməkdaşlıq
imkanları ilə bağlı müzakirələrin aparılmasından məmnunluq ifadə edilib,
şirkətin Azərbaycanda fəaliyyətinə dair fikir mübadiləsi aparılıb. Bu şirkətin
istehsalı olan çox sayda texnikanın ölkəmizdə istifadə edildiyi bildirilib.
Azərbaycanın artan sosial-iqtisadi potensialı və ehtiyacları nəzərə alınaraq
şirkətin məhsullarının alınması ilə yanaşı, ölkəmizdə yerli istehsal imkanları
da müzakirə olunub və bunun üçün vahid işçi qrupu çərçivəsində araşdırmaların
həyata keçirilməsi barədə razılıq əldə edilib.

10:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də “MAN
Truck&Bus” şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edib.

Bununla bağlı AZƏRTAC

məlumat yayıb.

Source link