3336108c-a8b6-465e-a7b3-70cec42f7587..jpg

İlham Əliyev: “Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması tarixi hadisədir”

Baxış sayı: 476 dəfə baxılıb.

İlham Əliyev: “Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun
imzalanması tarixi hadisədir”

“Vaxtilə biz Sizinlə (Ərdoğan – red.) TANAP layihəsinin təməlini qoymuşduq,
TANAP boru xəttinin açılışını bərabər etmişdik. Bu gün isə Türkiyədən
Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start
veririk”.

AZƏRTAC

xəbər verir ki, bu barədə Azərbaycan Prezidentiİlham Əliyev sentyabrın 25-də
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirib.

“Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması da
tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və
beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də
digər ölkələrə xidmət göstərəcək”, – deyə dövlətimizin başçısı əlavə edib.

Source link