81b5a4f2-9b37-4f73-9f2f-4345e345115a.jpg

İlham Əliyev Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib

Baxış sayı: 310 dəfə baxılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Rusiya
Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası
fraksiyasının rəhbəri Leonid Slutskini qəbul edib.

AZƏRTAC

xəbər verir ki, görüşdə çıxış edənPrezident İlham Əliyev dedi:

– Hörmətli Leonid Eduardoviç. Sizi salamlamağa çox şadam. Xoş gəlmisiniz.
Sizin səfəriniz böyük əhəmiyyətə malikdir. Əminəm ki, bu səfər ölkələrimiz
arasında dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə
verəcək.

Bildiyiniz kimi, ötən ay Rusiya Federasiyası Prezidentinin ikitərəfli
münasibətlərimizin bütün sahələrdə inkişafına çox böyük təkan verən dövlət
səfəri oldu. Sizə də məlumdur ki, qanunvericilərimiz arasında fəal
parlamentlərarası əlaqələr mövcuddur. Hökumətlərarası Komissiya uğurla
fəaliyyət göstərir, humanitar əməkdaşlıq fəal inkişaf edir. Rusiya
Prezidentinin səfəri çərçivəsində bütün bunlar və bir çox digər məsələlər
müzakirə olunub. Biz münasibətlərimizin ardıcıl, dinamik xarakterini bir daha
məmnunluqla qeyd etdik. Əlbəttə, ölkələrimizin siyasi qüvvələrinin
partiyalararası əlaqələri də qarşılıqlı fəaliyyətin mühüm amilidir. Siz Rusiya
Federasiyasının bütün regionlarında böyük nüfuza malik olan Rusiya
Federasiyasının aparıcı siyasi partiyalarından birinə rəhbərlik edirsiniz.
Partiyanızın nümayəndələrinin nümayiş etdirdiyi seçki kampaniyalarının uğurlu
nəticələri siyasi qüvvənizin Rusiya Federasiyasının siyasi sistemində mühüm
amil kimi böyük nüfuzundan xəbər verir.

Əlbəttə, biz bütün bunları böyük maraq və sevinclə müşahidə edirik. Sizə və
rəhbərlik etdiyiniz partiyaya yeni-yeni uğurlar arzulayıram. Təbii ki, Dövlət
Dumasının xarici siyasət istiqamətinin rəhbəri kimi siz, əlbəttə, gündəlik
fəaliyyətinizdə Rusiya-Azərbaycan münasibətlərində əldə edilən uğurlarla tanış
olursunuz. Düşünürəm ki, bu gün isə biz bu və digər məsələləri ətraflı müzakirə
edəcəyik və gələcək qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirəcəyik.

Son olaraq, istərdim ki, gərgin iş cədvəlinizə baxmayaraq, vaxt tapıb
Azərbaycanın Qarabağ bölgəsinə səfər etdiyinizə görə sizə təşəkkürümü bildirim.
Sizin ziyarət etdiyiniz yaşayış məntəqələri arasında Şuşa şəhəri də olub. Bu,
əlbəttə, səfərinizə xüsusi əhəmiyyət verir. Əminəm ki, Azərbaycan ictimaiyyəti
də, ilk növbədə, keçmiş məcburi köçkünlər də Qarabağ bölgəsinə səfər etməklə
bağlı qərarınızı layiqincə qiymətləndirəcəklər.

Bir daha xoş gəlmisiniz.

Sonra Leonid Slutski çıxış edərək dedi:

-Möhtərəm, əziz İlham Heydər oğlu. Bizə qardaş olan Azərbaycana hər dəfə səfər
etmək, Sizinlə görüşmək və Azərbaycanın milli iqtisadiyyatın inkişafı üzrə
uğurlarını böyük məmnuniyyətlə vurğulamaq mənim üçün həm şərəf, həm də mühüm
hadisədir. Heydər Əlirza oğlunun bütün vəsiyyətləri uğurla həyata keçirilir.
Sosial siyasətə gəldikdə, o, hər bir ailəni əhatə edir, bütün insanlara aiddir.
Ölkənizdə hər il çox ciddi humanitar layihələr reallaşdırılır.

Azərbaycanın mədəniyyət mərkəzi Şuşada olmaq mənim çoxdankı arzumun həyata
keçməsi baxımından əlamətdar oldu. Deyə bilərəm ki, Qarabağ bölgəsi inanılmaz
templərlə bərpa olunur. Artıq Füzulidə və Zəngilanda çox gözəl beynəlxalq
aeroportlar var, üçüncü hava limanı sürətlə tikilir. Bu gün Şuşa möhtəşəm
tikinti meydançasını xatırladır, tarixi obyektlər bərpa olunur. Mən Şuşada
olduğum üçün xoşbəxtəm. Bütün bunlar mənim üçün çox əlamətdar oldu. Ona görə də
səfərə xüsusi olaraq bir gün əvvəl gəldim. Qarabağın Azərbaycanın tərkibinə
qayıtması ilə nəticələnən antiterror əməliyyatının uğurlarının ən azından bir
hissəsini öz adına çıxan bəzi region ölkələrinə münasibətdə xüsusi bir məqamı
da qeyd etmək istəyirəm, – bununla yanaşı, milli miqyasda yoxsulluqla mübarizə
üzrə strategiya uğurla hazırlanandan sonra Azərbaycan enerji cəhətdən müstəqil
ölkə oldu, Sizin dahi atanızın, müasir Azərbaycan dövlətinin banisi, bizim də
Rusiyada xatirəsini əziz tutduğumuz Heydər Əlirza oğlu Əliyevin bəlkə də ən
böyük vəsiyyəti həyata keçdi. Ənənəyə uyğun olaraq, bu gün Moskvaya uçmazdan
əvvəl mütləq onun məzarını ziyarət edəcəyəm, – burada mən Qarabağın
qaytarılmasını nəzərdə tuturam. Bu məsələdə Azərbaycandan, Azərbaycan
rəhbərliyindən, Azərbaycan xalqından, Azərbaycan Silahlı Qüvvələrindən başqa
heç bir ölkənin hər hansı bir xidməti yoxdur. Bu, mühüm milli məsələ olmaqla
yanaşı, Cənubi Qafqazda sabitlik, uğurla həll edilən tarixi vəzifədir.

Bu gün Azərbaycanın Qarabağ bölgəsində sürətli templərlə yeni iş yerlərinin
yaradılması, o cümlədən elmi əsaslı klasterlərin həyata keçirilməsi prosesi
gedir. Bəzilərinin Qarabağın tezliklə azad ediləcəyinə inanmadığı kimi, bu gün
də kimsə bir neçə ildən sonra Qarabağda nələrin yaradılacağını təsəvvür etmir.
Amma mən öz gözlərimlə gördüm ki, bu bölgə yenidən çiçəklənəcək, bərəkətli
torpaqlara çevriləcək və Rusiya ilə Azərbaycanın mühüm infrastruktur şirkətləri
də daxil olmaqla, əziz İlham Heydər oğlu, Sizin də müasir Azərbaycanın rəhbəri
vəzifəsində çoxillik fəaliyyətinizi həsr etdiyiniz insanların rifahı naminə
Qarabağda yeni infrastruktur layihələri həyata keçiriləcək.

Dünən hamımızın dərindən hörmət etdiyi, sevimli Polad Bülbüloğlunun mənimlə
birlikdə olması da əlamətdar idi. O, 18 il Azərbaycanın mədəniyyət naziri olub.
Həmçinin o, Azərbaycanın xarici siyasət xəttinin Rusiya istiqamətini səfir
qismində layiqincə təmsil edərək Moskvada diplomatik korpusun duayeni qismində
çalışıb. İndi isə Milli Məclisdə onun atasının da dünyaya gəldiyi Qarabağ
bölgəsini layiqincə təmsil edir. Dünən biz Bülbülün tarixi ev-muzeyində olduq,
bu vaxta qədər Özbəkistan, Qazaxıstan, Belarus prezidentləri, həmçinin digər
müasir siyasi və ictimai xadimlər də burada olublar. Beləliklə, dünən mənim
üçün ikiqat əlamətdar səfər oldu. Ona görə də indi aktual, ikitərəfli
gündəliyimizdə olan, o cümlədən, əlbəttə ki, Milli Məclislə ən uğurlu şəkildə
inkişaf edən parlament diplomatiyası müstəvisində məsələləri müzakirə edəcəyik.

Möhtərəm əziz İlham Heydər oğlu, dünən Şuşada olandan sonra bir daha Sizin
qonağınız olaraq qəlbi Azərbaycanla döyünən, o cümlədən Azərbaycanın
hüdudlarından kənarda olanları Qarabağın qaytarılması münasibətilə təbrik etmək
istəyirəm. Qarabağ Azərbaycandır!

Prezident İlham Əliyev: Çox sağ olun.

13:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Rusiya
Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası
fraksiyasının rəhbəri Leonid Slutskini qəbul edib.

Bununla bağlı AZƏRTAC

məlumat yayıb.

Source link