cb6c2cd8-0246-46b2-96ae-0de8c6f30116..jpg

İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər – FOTO

Baxış sayı: 433 dəfə baxılıb.

İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin Fəxri xiyabanda məzarını
ziyarət ediblər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və
ümummilli lideriHeydər Əliyevin anadan olmasının 101-ci ildönümü günüdür.

AZƏRTAC

xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev və birinci
xanımMehriban Əliyeva ulu öndərin Fəxri xiyabanda məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil
qoyub, ulu öndərin xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra birinci xanım Mehriban Əliyeva ümummilli liderin xatirəsini dərin
hörmətlə yad edib.

Dövlətimizin başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin ömür-gün
yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini
yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də
xatirələri yad olunub.

Source link