7a5abef8-ae6a-43f4-a468-4fa242f7e85f..jpg

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı görüş dünya mətbuatında böyük əks-səda doğurdu

Baxış sayı: 469 dəfə baxılıb.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı görüş dünya mətbuatında böyük
əks-səda doğurdu

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
arasında Naxçıvanda keçirilən görüş dünyada böyük əks-səda doğurub.

Dünya KİV-lərində iki ölkə liderinin görüşünə geniş yer ayrılıb.

Yunanıstan mətbuatı bununla bağlı xəbərlərində Türkiyənin Qafqazda
gücləndiyini qeyd edib. “Türkiyə artıq Qafqazda daha güclüdür”, – deyə İlham
Əliyev və Rəcəb Tayyib Ərdoğanın Naxçıvandakı görüşü barədə şərh verilib.

Eyni zamanda Yunanıstan mətbuatı Ərdoğanın “Sülh əlini tutun” çağırışına
diqqət çəkib. Həmçinin İlham Əliyevin “Bölgənin erməniəsilli sakinlərinin
hüquqları təminat altındadır” sözlərini də xüsusi vurğulayıb.

Almaniya mətbuatı isə səfərin böyük simvolik məna daşıdığını bildirərək bunun
Ərdoğanın 14 ildən sonra Naxçıvana ilk səfəri olduğunu diqqətə çatdırıb.

Britaniyanın “Guardian” qəzeti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın qələbəsini
yüksək qiymətləndirdiyini ifadə edib. “Əliyevin yaxın müttəfiqi olan Ərdoğan
Azərbaycanın son antiterror tədbirlərini dəstəklədiyini bildirib”, – deyə
xəbərdə qeyd edilib.

Mənbə: Haber Global

Source link