ea9a9664-1625-4847-87a9-988f0da3c36f..jpg

İlham Əliyev: “Yaşıl enerji dəhlizi layihəsi enerji təhlükəsizliyini gücləndirəcək”

Baxış sayı: 470 dəfə baxılıb.

İlham Əliyev: “Yaşıl enerji dəhlizi layihəsi enerji təhlükəsizliyini
gücləndirəcək”

“Energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün bizi birləşdirən yaşıl
enerji dəhlizi layihəsidir. Burada da biz, Gürcüstan və Azərbaycan – iki qardaş
ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik”.

AZƏRTAC

xəbər verir ki, bu fikri Azərbaycan Prezidentiİlham Əliyev oktyabrın 8-də
Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata
bəyanatında deyib.

Bu layihənin texniki-iqtisadi əsaslandırmasının yaxın aylarda hazır olacağını
qeyd edən dövlətimizin başçısı bildirib:

“Ondan sonra, əminəm ki, konkret işlərə start verə bilərik. Böyük sərmayə
qoyuluşu nəzərdə tutulur. Beləliklə yaşıl enerji dəhlizi, enerji kabeli inşa
edilərək həm bizim, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini
gücləndirəcək”.

Source link