İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü
olub – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində
Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan
Əhməd Əl-Cabir ilə görüşü keçirilib.
AZƏRTAC
xəbər verir ki, Sultan Əhməd Əl-Cabir Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti
Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarını Prezident İlham Əliyevə
çatdırdı.
Dövlətimizin başçısı salamlara görə təşəkkürünü bildirdi, onun da salamlarını
BƏƏ Prezidentinə çatdırmağı xahiş etdi.
Sultan Əhməd Əl-Cabir BƏƏ-nin COP28-in sədri və ev sahibi olaraq Azərbaycanla
yaxından işləməkdən məmnunluğunu bildirərək, COP29 ilə bağlı BƏƏ-nin
Azərbaycana dəstəyini əsirgəmədiyini diqqətə çatdırdı, bu istiqamətdə birgə
işləməyə və əməkdaşlığa hazır olduqlarını vurğuladı.
Dövlətimizin başçısı Azərbaycanla BƏƏ arasında birgə fəaliyyətin əhəmiyyətini
və COP28-də “üçlük” mexanizminin yaradılmasının vacibliyini qeyd etdi.
Söhbət zamanı Azərbaycanla BƏƏ arasında ikitərəfli əməkdaşlıq məsələləri
müzakirə olundu, ölkəmizin yaşıl enerji sahəsinə BƏƏ tərəfindən yatırılan
investisiyalar nəticəsində bərpaolunan enerji ixracı imkanlarının yaranması və
bu istiqamətdə potensialın artması məsələləri ilə bağlı fikir mübadiləsi
aparıldı.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olundu.
17:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Birləşmiş Ərəb
Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir
ilə görüşü keçirilib.
Bununla bağlı AZƏRTAC
məlumat yayıb.
17:19
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Birləşmiş Ərəb
Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir
ilə görüşü başlayıb.
Bununla bağlı AZƏRTAC
məlumat yayıb.