79dd96b1-5cc9-41b9-b45e-714986a04069..jpg

İlham Əliyevin ölkə liderlərinə ünvanladığı məktublar BMT-dəki daimi nümayəndələrə çatdırılıb – FOTO

Baxış sayı: 432 dəfə baxılıb.

İlham Əliyevin ölkə liderlərinə ünvanladığı məktublar BMT-dəki daimi
nümayəndələrə çatdırılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev Azərbaycan Prezidenti
İlham Əliyevin bir sıra ölkə liderlərinə ünvanladığı COP29-a dəvət məktubları
dünya təşkilatındakı həmkarlarına çatdırıb.

Bu barədə Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyinin mətbuat xidməti
bildirib.

“COP29-a hazırlığın tam davam etməsi fonunda Azərbaycan Respublikasının
Prezidentinin Salvador, Liviya, Mikroneziya, Yeni Zelandiya, Nikaraqua, Palau,
Seneqal, Seyşel adaları, Suriya, Tuvalu, Vanuatu və Venesuelanın dövlət və
hökumət başçılarına ünvanladığı dəvət məktubları Azərbaycanın daimi nümayəndəsi
tərəfindən Nyu-Yorkda BMT Baş Qərargahında akkreditə olunmuş hörmətli
həmkarlarına çatdırılıb”, – Azərbaycanın dünya təşkilatındakı diplomatik
missiyası diqqətə çatdırıb.

As COP29 preparations are fully under way, the invitation letters of the
President of the Republic of Azerbaijan addressed to the Heads of State and
Government of
El Salvador 🇸🇻
Libya 🇱🇾
Micronesia 🇫🇲
New Zealand 🇳🇿
Nicaragua 🇳🇮
Palau 🇵🇼
Senegal 🇸🇳
Seychelles 🇸🇨
Syria 🇸🇾
Tuvalu… pic.twitter.com/F7beh5WJxe
— Azerbaijan UN 🇦🇿 (@AzmissionUN) May 3, 2024

Source link