4dcd6b60-210f-4b28-9e3b-124f9a72c352..jpg

İlham Əliyevin praqmatik “Qafqaz evi” ideyası – ŞƏRH

Baxış sayı: 565 dəfə baxılıb.

İlham Əliyevin praqmatik “Qafqaz evi” ideyası – ŞƏRH
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün ən praqmatik ideyalar Azərbaycan
Prezidentiİlham Əliyevə məxsusdur.

Prezident İlham Əliyev 2022-ci ildə Gürcüstana səfərləri zamanı Azərbaycanla
Ermənistan arasında sülh yaranacağı təqdirdə Cənubi Qafqazda sülhün bərqərar
olacağı və əməkdaşlıq üçün imkanlar yaranacağını bildirib.

O, Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlanması ilə bağlı
fikir mübadiləsi aparıldığını və Azərbaycanın buna hazır olduğunu bəyan edib.
Bununla da dövlət başçısı sülh olacağı təqdirdə faktiki olaraq “Qafqaz evi”
ideyasının reallaşmasının mümkünlüyünə işarə edib.

Bu, olduqca mühüm reseptlərdir. Hansı dövlət səmimi olaraq regionda sülh
istəyirsə, İlham Əliyevin ideya və təşəbbüslərinə ikiəlli dəstək verməlidir.
Azərbaycan liderinin üstün siyasi keyfiyyətləri çox böyükdür. Regionda sülhün
bərqərar olmasında cənab Prezidentin şəxsi keyfiyyətlərinin də rolu mühüm rola
malikdir.

Ermənistana gəlincə, o, Azərbaycanın təqdim etdiyi fürsətlərə yaxşı
baxmalıdır. 2023-cü ilin oktyabrın 8-də Prezident İlham Əliyev Gürcüstana
səfəri zamanı bir daha “Qafqaz evi” ideyasını gündəmə gətirdi. İrəvana ədalətli
sülh üçün təqdim olunan optimal variantlardan biri də budur.

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşacağı təqdirdə regionda tamamilə yeni vəziyyət yaranacağını, Cənubi
Qafqaz ölkələrinin əməkdaşlığa üçtərəfli formatda başlaya biləcəklərini
vurğuladı. Bununla yanaşı, normallaşma prosesində Gürcüstanın vasitəçiliyi
məsələsini qeyd etdi.

Deməli, Azərbaycan regional problemlərin bölgə dövlətləri çərçivəsində həllinə
tərəfdardır. Azərbaycan Cənubi Qafqaz ölkələri arasında yeni əməkdaşlıq
formatının yaradılmasını və bu formatın ümumilikdə bölgənin inkişafına xidmət
edəcəyini bəyan edir.

İdeyanın daha da inkişaf etdirilməsi üçün Azərbaycan Prezidentinin tapşırığına
uyğun olaraq, 2023-cü il oktyabrın 25-də Baş nazir Əli Əsədovun Gürcüstana
səfəri diqqət çəkir. Əli Əsədovun Beynəlxalq İpək Yolu Forumundakı iştirakı
Prezidentin bəyan etdiyi üçtərəfli format konsepsiyası çərçivəsində baş
tutmuşdu.

Qəbul etsələr də, etməsələr də, fakt budur ki, Azərbaycan Cənubi Qafqazın
aparıcı ölkəsidir. Onun siyasi, iqtisadi və hərbi qüdrəti reallıqlar yaradır.
Azərbaycanla Gürcüstan strateji tərəfdaş və dost ölkələrdir, Tbilisi də Bakının
qüdrətindən yaxşı mənada yararlanmağa çalışır.

Ümumiyyətlə, cənab Prezidentin bəyan etdiyi çərçivədə əməkdaşlıq Cənubi
Qafqazda yeni mühit yarada, yeni iqtisadi layihələrə yol aça bilər.

Bu, region ölkələrinin inteqrasiya olunmuş modelinin yaranmasını şərtləndirir.
Ermənistan istəyərsə, bu modelin tərkib hissəsi ola bilər. Yox,
qiymətləndirməni düzgün aparmasa, yenə izolyasiyada qalacaq.

Aqil Vəlili

Source link