İlham Əliyevin Prezident seçilməsinin 20 illiyi münasibətilə ƏÜO-da silsilə
tədbirlər keçirilir – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Əlahiddə Ümumqoşun Orduda Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənabİlham Əliyevin Azərbaycan
Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar silsilə
tədbirlər keçirilir.
Silsilə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və
bölmələrində, həmçinin Heydər Əliyev adına Hərbi Liseydə cənab İlham Əliyevin
Azərbaycan Respublikasının Prezidenti kimi 20 illik fəaliyyəti ilə bağlı
dəyirmi masa və ictimai-siyasi hazırlıqdan məşğələlər keçirilib.
Tədbirlərdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz
xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib.
Məşğələlər zamanı ulu öndərin siyasi kursunun layiqli davamçısı,
müstəqilliyimizi daha da möhkəmləndirən, dövlətimizin ərazi bütövlüyünü təmin
edən Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə ölkəmizdə bütün
sahələrin sürətli inkişafa nail olmasında böyük inam və qətiyyətlə çalışması
barədə şəxsi heyətə geniş məlumat verilib.
Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl
siyasətin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu
müasir silah-sursat, döyüş texnikası və döyüş əzmi baxımından dəfələrlə inkişaf
edərək dünyanın aparıcı orduları sırasında yer alıb.
Məlumat verilib ki, Vətən müharibəsində və okal xarakterli antiterror
tədbirlərində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan öz Zəfər
salnaməsini yazaraq, bütün dünyaya öz gücünü nümayiş etdirib. Bu gün
Azərbaycanın şanlı üçrəngli bayrağı 30 ildən sonra işğaldan azad olunmuş bütün
şəhər və kəndlərimizdə dalğalanır.
Slayt vasitəsilə keçirilən məşğələlərdə bildirilib ki, “Ərazi bütövlüyümüzün
bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi”
deyən və bu vəzifənin öhdəsindən layiqincə gələn Prezidentimizə, Müzəffər Ali
Baş Komandanımıza bundan sonrada hər birimiz fəal dəstək verməli, onun
ətrafında dəmir yumruq kimi birləşməliyik. Çünki həm dövlət, həm də xalq olaraq
gələcəyimiz bu sarsılmaz birlik və həmrəylikdən asılıdır.
Məşğələlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan
ordu quruculuğundan və şanlı ordumuzun zəfərlərindən bəhs edən videoçarxlar
nümayiş olunub.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Orduda cənab İlham Əliyevin Azərbaycan
Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar keçirilən
silsilə tədbirlər davam edir.