4b69f523-1a98-4266-8f39-11cc1b2c7ee0..jpg

İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü baş tutub – YENİLƏNİB + FOTO

Baxış sayı: 449 dəfə baxılıb.

İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü baş
tutub – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək
görüşü olub.

AZƏRTAC

xəbər verir ki, görüşdə Azərbaycan ilə Serbiya arasında dostluq və strateji
tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi
bildirildi, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə
olundu.

Söhbət zamanı Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyəti
qeyd edilərək, Azərbaycanın Avropanın qaz təchizatına verdiyi töhfə xüsusi
vurğulandı.

Dövlətimizin başçısı Serbiya Prezidentini Azərbaycana səfərə dəvət etdi. Dəvət
minnətdarlıqla qəbul olundu.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

17:28

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək
görüşü olub.

Bu barədə AZƏRTAC

məlumat yayıb.

Source link