2b32ed75-f2ec-40ee-b848-8e2dfde70f59..jpg

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir – YENİLƏNİB

Baxış sayı: 561 dəfə baxılıb.

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya Axıska Türkləri Birliyinin baş direktoru Ziyəddin Kassanov Azərbaycan
Respublikasının Prezidentiİlham Əliyevə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda
deyilir:

“Sizi növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisində parlaq
qələbə qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu böyük zəfər
təkcə bir seçkinin nəticəsi deyil. Bu, eyni zamanda ölkənizin demokratiyanın
inkişafında mühüm uğurlarını və xalqınızın Sizə etimadını aşkar surətdə nümayiş
etdirdi. Seçkinin nəticəsi həm də Azərbaycan xalqının Sizin liderliyiniz
ətrafında sıx birləşdiyini və parlaq gələcək üçün inamla irəlilədiyini
göstərdi. Bu qələbə Azərbaycanın milli birliyini gücləndirməklə yanaşı,
ölkənizin beynəlxalq aləmdəki rolunu daha da artıracaqdır.

Möhtərəm cənab Prezident, Siz hər zaman ölkənizin sabitliyi və inkişafı naminə
çalışaraq öz qətiyyətinizlə fərqlənmisiniz. Seçkidəki mühüm qələbəniz
münasibətilə Sizi Dünya Axıska Türkləri Birliyi və Azərbaycanda yaşayan yüz min
axıska türkü adından ən səmimi hisslərimlə təbrik edir, prezidentliyinizin yeni
dövründə Sizə böyük nailiyyətlər, Azərbaycana rifah dolu gələcək arzulayıram”.

Bundan başqa, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz
Yeri) rəhbəri Yevgeniya Qutsul da Prezident İlham Əliyevi təbrik edib.

Təbrik məktubunda deyilir:

“Bütün qaqauz xalqı adından və şəxsən öz adımdan Sizə ehtiramımı bildirirəm və
ölkənizin müstəqilliyi dövründə ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində
keçirilən prezident seçkisində inamlı qələbəniz münasibətilə Sizi
səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan xalqı tərəfindən Sizə göstərilən bu etimad yüksək peşəkarlığınızın
və şəxsi keyfiyyətlərinizin, eləcə də ölkə əhalisi arasında qeyd-şərtsiz
nüfuzunuzun təsdiqidir.

Uzun illər ərzində Siz özünüzü Azərbaycan xalqının mədəniyyətini və tarixini,
milli maraqlarını qoruyub saxlayaraq, sosial-iqtisadi inkişafı təmin edərək
ölkəni mütərəqqi inkişaf yolu ilə irəliyə aparan alicənab və müdrik lider kimi
göstərmisiniz. Sizin səyləriniz nəticəsində bu gün Azərbaycan ən inkişaf etmiş
ölkələrdən biridir və onun beynəlxalq miqyasda nüfuzu ildən-ilə artır.

Qardaş xalqlarımız arasında münasibətləri yüksək qiymətləndiririk və Qaqauziya
Muxtariyyətinə diqqətinizə görə Sizə minnətdarıq. İnanırıq ki, gələcək
əməkdaşlığımız müxtəlif birgə layihələrdə öz əksini tapacaq.

Çox hörmətli cənab Prezident, Sizə dərin hörmətimi bildirirəm, möhkəm
cansağlığı, tükənməz enerji və yeni uğurlar arzu edirəm. Biz Sizi Qaqauz
torpağında görməyə həmişə şad olacağıq.

Sizə və bütün Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm”.

10:04

TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda
deyilir:

“Azərbaycan Respublikasında 2024-cü il fevralın 7-də yüksək səviyyədə
keçirilmiş prezident seçkisində inamlı qələbəniz münasibətilə Zati-alinizi
TÜRKSOY-un Baş Katibliyi, Türk dövlətləri mədəniyyət nazirlərinin Daimi Şurası
adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı
bildirməkdən məmnunluq duyuram.

Seçkidə Azərbaycan xalqının Sizin namizədliyinizi hərtərəfli dəstəkləməsi
ölkənin ərazi bütövlüyünü tam bərpa etmiş və tarixi ədaləti bərqərar etmiş Ali
Baş Komandanına və müdrik liderinə sonsuz inamının əyani təzahürüdür.

Zati-alinizin zəngin təcrübəsinin və müdrik siyasətinin yeni dönəmdə də
Azərbaycanın tərəqqisinə və xalqın rifahına böyük töhfə verəcəyinə, TÜRKSOY ilə
Azərbaycan Respublikası arasındakı məhsuldar əməkdaşlığın və mədəni əlaqələrin
daha da genişlənərək inkişaf edəcəyinə inanıram.

Əminəm ki, beynəlxalq TÜRKSOY təşkilatının üzv ölkələrimiz arasında mədəni
əlaqələrin inkişaf etdirilməsi və türk dünyasının ayrılmaz parçası olan
Azərbaycanın zəngin mədəniyyətinin dünyada tanıdılması istiqamətində apardığı
fəaliyyətlər bundan sonra daha geniş vüsət alacaqdır.

TURKSOY-a diqqətini və dəstəyini əsirgəməyən Zati-alinizi bu mühüm qələbə
münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə və ailənizə möhkəm
cansağlığı, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi
arzulayıram”.

Bundan başqa, 2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini və
ədliyyə naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ana Birçal da
Prezident İlham Əliyevi təbrik edib.

Təbrik məktubunda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə
səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Mən Rumıniyanın Baş
nazirinin strateji tərəfdaşlıqlar və xüsusi əlaqələr üzrə müavini vəzifəsində
çalışarkən ölkələrimiz arasında güclü strateji tərəfdaşlığın şahidi olmuşam.
Sizin liderliyiniz bu münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayıb
və əminəm ki, əlaqələrimiz yeni dövrdə də inkişaf etməkdə davam edəcəkdir.

Seçkidəki qələbəniz Azərbaycan xalqının Sizin strategiya və liderliyinizə olan
inam və etimadının göstəricisidir. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi
inkişaf, beynəlxalq münasibətlər sahələrində mühüm nailiyyətlər əldə etmiş,
vətəndaşların firavanlığı daha da yüksəlmiş, ölkənin ərazi bütövlüyü bərpa
edilmiş və dünyada nüfuzu artmışdır. Bu nailiyyətlər Sizin ölkənizin
tərəqqisinə sadiqliyinizi nümayiş etdirməklə yanaşı, Rumıniya ilə Azərbaycan
arasında ortaq əməkdaşlıq ruhuna mühüm töhfə verir.

Gələcəyə baxarkən mən Sizin liderliyinizlə ölkələrimiz arasındakı əməkdaşlıq
imkanları barədə nikbin düşünürəm. Rumıniya-Azərbaycan strateji tərəfdaşlığı
regionlarımızda sabitlik, tərəqqi və sülh üçün möhkəm zəmindir. Ortaq strateji
layihələrimizi daha da inkişaf etdirmək üçün Sizinlə sıx işləməkdə davam etməyə
ümidvaram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar
arzulayıram”.

Source link