İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir – YENİLƏNİR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycan Respublikasının
Prezidentiİlham Əliyevə təbrik məktubu göndərib.
President.az
məktubda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti kimi şərəfli vəzifəyə yenidən
seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm.
Azərbaycanda keçirilən prezident seçkisini müşahidə etmək üçün Şanxay
Əməkdaşlıq Təşkilatının (ŞƏT) nümayəndə heyətinə rəhbərlik etmək şərəfinə nail
olmuşam. Seçki zamanı nümayiş olunan mütəşəkkillik, ədalət və inklüzivlik bizim
komandamızda dərin xoş təəssürat yaratmışdır.
Son iyirmi il ərzində Azərbaycanın bənzəri olmayan yüksəlişinin təmin
edilməsində sizin uzaqgörən rəhbərliyiniz mühüm rol oynamışdır. Sizin iqtisadi
inkişaf, infrastruktur və sosial təminat sahələrində nailiyyətləriniz
Azərbaycanı dünya arenasında yüksəltməklə yanaşı, digər ölkələr üçün
ilhamverici nümunə olmuşdur. Əminəm ki, yeni prezidentliyiniz dövründə sizin
rəhbərliyinizlə Azərbaycan xalqı və dövləti daha çox uğur əldə edəcəkdir.
Azərbaycan Respublikası Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı
və “ŞƏT ailəsi”nin vacib üzvüdür. Bu xüsusda, ŞƏT-in fəaliyyətində Azərbaycan
Respublikasının fəal iştirakına, həmçinin sizin təşkilatımızın fəaliyyətinə
göstərdiyiniz şəxsi dəstəyə görə minnətdarlığımı ifadə edirəm.
Zati-aliləri, sizinlə və Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa hazır
olduğumuzu bəyan edirəm. Qoy, Şanxay Əməkdaşlıq Təşkilatı və Azərbaycan
arasında möhkəm və sarsılmaz tərəfdaşlıq qarşılıqlı anlayışı, sülhü və rifahı
təşviq edərək daha da möhkəmlənsin!
Bizim Azərbaycana səfərimiz zamanı ŞƏT nümayəndə heyətinə göstərilən diqqət və
qonaqpərvərliyə görə təşəkkür edirik.
Yenidən Prezident seçilməyiniz münasibətilə sizi bir daha təbrik edirəm.
Əminəm ki, Azərbaycan Respublikası sizin rəhbərliyinizlə yeni zirvələrə
çatacaq”.
13:20
Fevralın 10-da İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha
Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevə zəng edib.
President.az
katib İlham Əliyevi prezident seçkisində qələbəsi münasibətilə təbrik edib, ona
ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.
O, Prezident İlham Əliyevin İslam həmrəyliyi işinə verdiyi töhfəni xüsusi
vurğulayıb, eyni zamanda, işğaldan azad edilmiş torpaqlarımızda geniş abadlıq
və quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı dövlətimizin başçısına
təbriklərini çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını
bildirərək, öz növbəsində Azərbaycanın bundan sonra da İslam Əməkdaşlıq
Təşkilatının beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, təşkilatın inkişafı, üzv
ölkələr arasında həmrəyliyin gücləndirilməsi işinə töhfəsini verəcəyini qeyd
edib.
Dövlətimizin başçısı Hissein Brahim Tahanı yenidən Azərbaycanda görmək
istəyini ifadə edərək, onu ölkəmizə səfərə dəvət edib. Dəvət minnətdarlıqla
qəbul olunub.
10:23
bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklos Azərbaycan Prezidenti
İlham Əliyevə təbrik məktubu göndərib.
President.az
məktubda deyilir:
“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bp
şirkəti adından sizə səmimi təbriklərimi çatdırıram. Azərbaycan xalqının
rifahının yaxşılaşması istiqamətində bütün səylərinizdə sizə uğurlar
arzulayıram.
Bu fürsətdən istifadə edərək bizim Azərbaycandakı enerji layihələrinə bp-nin
davamlı sadiqliyini bir daha vurğulamaq istəyirəm.
bp şirkəti olaraq biz Azərbaycan hökuməti və SOCAR ilə uzunmüddətli
tərəfdaşlığın daha da möhkəmlənəcəyinə ümidvarıq.
Zati-aliləri, sizi bir daha səmimi-qəlbdən təbrik edirəm və ali dövləti
fəaliyyətinizdə uğurlar arzulayıram.
Tezliklə sizinlə Bakıda görüşməyi səbirsizliklə gözləyirəm”.