İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir – YENİLƏNİR + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik
Azərbaycan Prezidentiİlham Əliyevə təbrik məktubu göndərib.
President.az
məktubda deyilir:
“Cənab Prezident, əziz dostum.
İcazə verin, ölkənizdə keçirilən prezident seçkisində tarixi qələbəniz və
aşkar zəfəriniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım. Bu, siyasi,
iqtisadi daxil olmaqla Sizin hər bir strategiyanızın doğru olduğunu təsdiq edən
parlaq qələbədir. Azərbaycan Respublikasını möhkəm addımlarla sabit və firavan
gələcəyə aparmaqda xalqınızın Sizə və Sizin müdrikliyinizə inamı və etimadı
vardır.
Cənab Prezident, seçicilərin bu qərarı təkcə Azərbaycan və onun xalqı üçün
deyil, habelə bütün regionda və dünyada sülh uçun önəmlidir.
Biz Serb Respublikasında Azərbaycandakı seçki kampaniyasını və seçkinin
nəticələrini diqqətlə izlədik və mən birmənalı olaraq dəstəyimi və Sizin qalib
gələcəyinizə dair ümidimi açıq şəkildə ifadə etdim.
Zati-aliləri, Azərbaycan Respublikasının möhtərəm Prezidenti, fürsətdən
istifadə edərək Sizi növbəti yeddi illik prezidentlik müddətiniz münasibətilə
bir daha təbrik edirəm.
Sizə dərin minnətdarlığımı bildirir, cansağlığı, dost Azərbaycan xalqına
rifah, firavanlıq və inkişaf arzulayıram”.
19:29
Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham
Əliyevə təbrik məktubu göndərib.
President.az
məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz
münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə və Azərbaycan xalqına sülh,
firavanlıq arzulayıram.
Ümidvaram ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud
olan, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan ənənəvi dostluq
münasibətləri bundan sonra da ölkələrimizin əməkdaşlığının inkişafı üçün əsas
təşkil edəcək.
Dövlətlərimiz arasında siyasi dialoqun konstruktiv xarakterini vurğulamaq və
ölkəmin ikitərəfli münasibətlərin dərinləşməsinə açıq olduğunu təsdiqləmək
istərdim. Əminəm ki, biz birgə səylərlə ölkələrimizin vətəndaşlarının mənafeyi
naminə iqtisadi-ticari, investisiya, enerji və kənd təsərrüfatı sahələrində
Moldova-Azərbaycan əməkdaşlığını daha da intensivləşdirə biləcəyik.
Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar və nailiyyətlər
arzulayır, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
18:50
MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski və Baş
katibin müavini Aydın Cəfərov Azərbaycan Prezidentiİlham Əliyevə təbrik məktubu
göndəriblər.
President.az
məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası
Assambleyası Şurasının Katibliyi adından Sizi Azərbaycan Respublikasının
Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik edirik.
Prezident seçkisində inamlı qələbəniz vətəndaşların Sizə yüksək etimadının və
Azərbaycan xalqının yekdil dəstəyinin parlaq sübutudur.
İnanırıq ki, Sizin fəaliyyətiniz gələcəkdə də əmin-amanlığa və Azərbaycanın
tərəqqisinə, bütün dünyada nüfuzunun möhkəmlənməsinə kömək edəcəkdir.
Sizə – görkəmli dövlət xadiminə möhkəm cansağlığı və bu məsuliyyətli vəzifədə
yeni məhsuldar fəaliyyət arzulayırıq”.
17:51
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos
Azərbaycan Prezidentiİlham Əliyevə təbrik məktubu göndərib.
President.az
məktubda deyilir:
“Seçkidə qazandığınız qələbə və yenidən Azərbaycan Respublikasının Prezidenti
seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkinin nəticələri
Azərbaycan xalqının Zati-alinizin liderliyinə, eləcə də birliyi, tərəqqini və
sülhü möhkəmləndirmək qətiyyətinə davamlı dəstəyini və inamını nümayiş etdirdi.
Bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, BMT-nin Sivilizasiyalar
Alyansı (UNAOC) dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi ilə bağlı
hökumətin irəli sürdüyü müxtəlif təşəbbüslərdə, o cümlədən “Bakı Prosesi”ndə
Azərbaycanın uzunmüddətli tərəfdaşı olmaqda davam edir. UNAOC 2024-cü ilin
mayında Bakıda keçirilməsi nəzərdə tutulan 6-cı Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun beynəlxalq İşçi Qrupunun üzvüdür. Komandamız artıq proqram
üzrə əsas məsləhətləşmələrə başlayıb və 6-cı Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda UNAOC-u şəxsən təmsil etməyi, müzakirələrə qatılmağı və uğurlu
nəticələr əldə olunmasına töhfə verməyi səbirsizliklə gözləyirəm.
UNAOC Xarici İşlər, Mədəniyyət nazirlikləri və Azərbaycan Respublikasının
BMT-dəki daimi nümayəndəliyi ilə sıx əlaqədə işləyərək əməkdaşlığın və
Azərbaycan hökuməti ilə birgə fəaliyyətin daha da möhkəmləndirilməsinə sadiq
olduğunu bildirir.
Bu fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək ehtiramımı ifadə edirəm”.
16:39
Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov
Azərbaycan Prezidentiİlham Əliyevə təbrik məktubu göndərib.
President.az
məktubda deyilir:
“Azərbaycan Respublikası Prezidenti seçkisində qələbəniz münasibətilə ən
səmimi təbriklərimi qəbul edin.
Bu seçkinin yekunları Sizin ölkə vətəndaşları arasında danılmaz nüfuzunuzu,
onların rəhbərliyinizlə fəal çalışmağa və strateji sosial-iqtisadi vəzifələri
həll etməyə hazır olduqlarını göstərdi. Vətəndaşlarınız Sizə dövlətin taleyini
və öz gələcəklərini etibar ediblər. Bu, hazırkı qlobal qeyri-sabitlik
şəraitində xüsusilə qiymətlidir və Sizin güclü, təcrübəli dövlət xadimi,
uzaqgörən, istedadlı siyasətçi kimi möhkəm nüfuzunuzun parlaq təsdiqidir. Sizə
səmimi-qəlbdən böyük nailiyyətlər və Azərbaycan dövlətinin daha da
möhkəmlənməsi və inkişafı üzrə bütün strateji məqsədlərə nail olmağı,
xalqınızın rifahı naminə davamlı fəal işinizdə enerji və ruh yüksəkliyi
arzulayıram.
Ümidvaram ki, bizim birgə səylərimiz sayəsində Rusiya-Azərbaycan münasibətləri
çərçivəsində Tatarıstan ilə Azərbaycan arasında ənənəvi qarşılıqlı faydalı
əməkdaşlığın çoxtərəfli potensialı gələcəkdə də məhsuldar şəkildə həyata
keçiriləcək. Əminəm ki, qardaş xalqlarımız arasında çoxplanlı sıx əlaqələr
ümumilikdə sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə olan mühüm
töhfədir.
Sizə möhkəm cansağlığı, uğurlar və səadət diləyirəm”.
15:13
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı parlaq qələbə
münasibətilə təbrik edib.
AZƏRTAC
xəbər verir ki, bu barədə Bəhreyn Xəbər Agentliyi (BNA) məlumat yayıb.
Məlumatda bildirilib ki, Kral Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevə
Azərbaycan xalqının tərəqqi və firavanlıq arzularının reallaşması istiqamətində
vəzifəsində davamlı uğurlar arzulayıb.
15:11
Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycan Prezidenti
İlham Əliyevə təbrik məktubu göndərib.
AZƏRTAC
xəbər verir ki, məktubda deyilir:
“Bakıdan Moskvaya qayıdarkən Sizi Azərbaycan Respublikası Prezidenti
seçkisində inamlı qələbəniz münasibətilə bir daha səmimi-qəlbdən təbrik etmək
istədim.
MDB müşahidəçiləri missiyasının rəhbəri kimi növbəti dəfə ölkənizin
vətəndaşlarının böyük əksəriyyətinin Sizə yüksək etimadının şahidi oldum.
Qəti əminəm ki, Sizin dövlət başçısı vəzifəsində fəaliyyətiniz gələcəkdə də
Azərbaycan Respublikasının ardıcıl inkişafına, onun beynəlxalq arenada
mövqelərinin möhkəmlənməsinə, həmçinin Müstəqil Dövlətlər Birliyi məkanında
inteqrasiya proseslərinin dərinləşməsinə kömək edəcəkdir.
Fürsətdən istifadə edərək seçki kampaniyasına hazırlıq və seçkinin
keçirilməsinin bütün mərhələlərində səmərəli monitorinqi həyata keçirməyə imkan
verən MDB müşahidə missiyasının fəaliyyəti üçün yaradılan əlverişli şəraitə
görə minnətdarlığımı bildirirəm.
Prezident seçkisində qələbəniz münasibətilə səmimi təbrik sözlərimə Sizə
möhkəm cansağlığı, əmin-amanlıq və Azərbaycan xalqının rifahı naminə
fəaliyyətinizdə uğurlar diləklərimi əlavə etmək istəyirəm”.
14:57
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin üzvü Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda
“Fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikasının Prezidenti
seçkisində parlaq qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi, qardaş
Azərbaycan xalqına sülh və rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə keçirilməsi baxımından tarixi
önəm daşıyan bu seçki Azərbaycan xalqının dəyərlərə bağlılığını, cəsarətini və
müdrikliyini bir daha nümayiş etdirdi.
Zati-alinizə nailiyyətlər arzulayır, Uca Allahdan seçkinin nəticələrinin
Azərbaycan xalqı və bütün Türk dünyası üçün xeyirli olmasını diləyirəm”.
Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Komissiya sədri,
Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Viktor Pinski də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Təbrik məktubunda
“Möhtərəm İlham Heydər oğlu.
Azərbaycan Respublikası Prezidenti seçkisində inamlı qələbəniz münasibətilə
Sizi təbrik edirəm.
Sizin fəaliyyətiniz və səyləriniz seçicilər tərəfindən layiqincə
qiymətləndirildi. Siz ölkənin və onun vətəndaşlarının rifahı, əmin-amanlığı
naminə fəaliyyət göstərən əsl Lidersiniz.
Sizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə uğurlar arzulayıram”.
Eyni zamanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin
Baş katibi Asəf Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu
göndərib.
Məktubda
“Sizi 2024-cü il fevralın 8-də Azərbaycanda keçirilən prezident seçkisində
parlaq qələbəniz münasibətilə ürəkdən təbrik edirəm.
Siz müstəqil Azərbaycan Respublikasının tarixinə yeni səhifə yazaraq ölkəmizin
bütün ərazisində keçirilən seçkidə ilk Prezidenti oldunuz. Torpaqlarımızın azad
olunması, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpa edilməsi məhz Sizin
rəhbərliyinizlə həyata keçdi və bütün bunlar Sizin adınızla bağlıdır. Sizin
rəhbərliyinizlə müasir ordu quruldu, ölkəmizin iqtisadiyyatı bölgədə aparıcı
iqtisadiyyata çevrildi və Azərbaycan lider dövlətlər sırasına daxil oldu.
Bu qələbəni Siz qalib Prezident kimi qazandınız. İnanıram ki, Sizin
rəhbərliyinizlə Azərbaycan yeni uğurlara nail olacaq, dərin tarixi və zəngin
mədəniyyəti olan ölkəmizin dünyada nüfuzu daha da artacaqdır.
Möhtərəm cənab Prezident, Sizi bir daha parlaq qələbə münasibətilə təbrik
edir, möhkəm cansağlığı və ölkəmizi yüksək zirvələrə aparan yolda böyük uğurlar
arzulayıram”.
14:43
Fevralın 9-da ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik Azərbaycan
Respublikasının Prezidentiİlham Əliyevə zəng edib.
President.az
ICESCO-nun Baş direktoru dövlətimizin başçısına prezident seçkisində qələbə
qazanması ilə bağlı təbriklərini və xoş arzularını çatdırıb, ona Azərbaycanın
tərəqqisi naminə fəaliyyətində yeni uğurlar arzulayıb. O, Prezident İlham
Əliyevin İslam həmrəyliyi işinə verdiyi töhfəni bir daha yüksək qiymətləndirib.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını
bildirib.
Telefon söhbəti zamanı Azərbaycanla ICESCO arasında uzun illər davam edən
səmərəli əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
14:27
Fevralın 9-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan
Respublikasının Prezidentiİlham Əliyevə zəng edib.
AZƏRTAC
xəbər verir ki, İrakli Kobaxidze İlham Əliyevi prezident seçkisində qələbəsi
münasibətilə təbrik edib, ona Azərbaycanın rifahı naminə fəaliyyətində uğurlar
arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını
bildirərək, öz növbəsində İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə
təsdiq olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze dostluq, qardaşlıq və
strateji tərəfdaşlıq münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə və
möhkəmlənəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri ilə
bağlı fikir mübadiləsi aparıblar.
14:21
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə
Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidentiİlham
Əliyevə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC
xəbər verir ki, məktubda deyilir:
“Növbəti müddətə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz
münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə
həvalə olunmuş ali vəzifənizin icrasında, ölkənizi və xalqınızı məqsəd və
arzularına doğru aparmağınızda davamlı müvəffəqiyyətlər arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək ikitərəfli münasibətlərimizdən qürur
duyduğumu, ölkələrimizin və xalqlarımızın rifahı naminə onu gücləndirmək və
inkişaf etdirmək üçün birgə işimizi davam etdirmək niyyətində olduğumu və
Fələstinin haqq işi ilə bağlı mövqeyinizə görə minnətdarlığımı bildirirəm.
Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, ölkənizin və xalqınızın
tərəqqisi və firavanlığı üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.
14:04
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl
Nəhyan Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevi növbədənkənar
prezident seçkisində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
AZƏRTAC
xəbər verir ki, bu barədə “Emarat Al Youm” qəzeti məlumat yayıb.
“Prezident İlham Əliyevi son prezident seçkisində qələbə qazanması
münasibətilə təbrik edir, ona Azərbaycanın daha da inkişafı naminə
fəaliyyətində uğurlar arzulayıram. Ölkələrimizin və xalqlarımızın maraqları
naminə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı maraqlar
bazasının genişləndirilməsi məqsədilə onunla birgə işi davam etdirməyi
səbirsizliklə gözləyirəm”, – məlumatda qeyd edilib.
13:15
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının
Prezidentiİlham Əliyevə təbrik məktubu göndərib.
President.az
məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Xahiş edirəm, Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə
ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Bu, Prezident olaraq Sizin ötən illər ərzində Azərbaycan xalqı və dövləti üçün
göstərdiyiniz xidmətdə qazandığınız uğurun sübutudur. Əminəm ki, Sizin
rəhbərliyinizlə Azərbaycan bundan sonra da hərtərəfli inkişaf etməkdə davam
edəcəkdir.
Bu fürsətdən istifadə edərək fəal və konstruktiv ikitərəfli dialoqdan
məmnunluğumu ifadə edir, həmçinin ölkələrimiz arasında uğurlu strateji
tərəfdaşlığın gələcəkdə daha da inkişaf edərək dərinləşəcəyinə əminliyimi
bildirirəm.
Cənab Prezident, Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasını daha da
inkişaf etdirmək, dost Azərbaycan xalqının rifahını yüksəltmək naminə ali
dövləti fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
12:27
Dövlətlərarası Aviasiya Komitəsinin sədri Oleq Storçevoy Azərbaycan
Respublikasının Prezidentiİlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda
“Dövlətlərarası Aviasiya Komitəsinin adından və şəxsən öz adımdan
növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisində inamlı qələbəniz
münasibətilə səmimi təbriklərimizi qəbul edin.
Bu qələbə Azərbaycan xalqının Sizə, siyasi sabitlik və sosial-iqtisadi inkişaf
istiqamətində həyata keçirdiyiniz kursa olan sonsuz etimadının göstəricisidir.
Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası dünyada ən mütərəqqi dövlətlərdən
birinə çevrilib.
İcazə verin, Sizə yeni-yeni uğurlar və Azərbaycan Respublikasının inkişafı
naminə ali dövləti fəaliyyətinizdə daha böyük nailiyyətlər arzulayım”.
Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha da
Prezident İlham Əliyevi təbrik edib.
Təbrik məktubunda
“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə
Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Azərbaycan Respublikası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mövcud olan
möhkəm əlaqələri qeyd etməkdən məmnunam. Sizi əmin etmək istəyirəm ki, bu
əlaqələri qarşılıqlı faydamız naminə genişləndirməkdə qətiyyətliyəm.
Mən qadir Allaha dua edirəm ki, qüdrətli ölkənizin inkişafı üçün göstərdiyiniz
nəcib səylərinizdə Zati-alinizə uğurlar bəxş etsin.
Cənab Prezident, xahiş edirəm Sizə ən yüksək ehtiramımı qəbul edin”.
ATƏT-in Baş katibi Helqa Maria Şmid də eyni zamanda Azərbaycan Prezidenti
İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda
“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə
təbriklərimi çatdırmaq və fürsətdən istifadə edib yeni səlahiyyət müddətinizdə
Sizə müvəffəqiyyətlər arzu etmək istərdim.
Daha təhlükəsiz və firavan ATƏT regionu naminə birgə fəaliyyətimizi davam
etdirməyi səbirsizliklə gözləyirəm. Bu baxımdan, qarşıdan gələn Münxen
Təhlükəsizlik Konfransı zamanı Sizi yenidən görmək və təbriklərimi şəxsən
çatdırmaq fürsətinə malik olacağıma ümid edirəm.
Azərbaycan və ATƏT arasında mövcud olan uzunmüddətli əməkdaşlığın qarşıdakı
aylar ərzində inkişaf etməkdə və möhkəmlənməkdə davam edəcəyinə inanıram.
Zati-aliləri, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
12:02
Braziliya Federal Konqresinin Nümayəndələr Palatasının deputatı,
Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Klaudio Kajado
Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevə təbrik məktubu göndərib.
President.az
məktubda deyilir:
“Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə
səmimi-qəlbdən təbrik etməkdən məmnunam. Seçkinin demokratik, qanuni şəkildə
keçirildiyini beynəlxalq müşahidəçilər, o cümlədən səsvermə prosesini izləyən
Braziliya Federal Senatından iki həmkarım da təsdiq etdi. Sizin Azərbaycana
rəhbərliyiniz dövründə ölkənin tərəqqisinin, iqtisadi və sosial inkişafının,
müxtəlif sahələrdə qazanılan uğurların davamlı olacağına inanıram.
Braziliya Federal Konqresində parlamentlərarası dostluq qrupunun həmsədri
olaraq ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın, eləcə də
parlamentlərarası əlaqələrin dərinləşməsi üçün səylərimi əsirgəməyəcəm”.
10:57
Dünya Axıska Türkləri Birliyinin baş direktoru Ziyəddin Kassanov Azərbaycan
Respublikasının Prezidentiİlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda
“Sizi növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisində parlaq
qələbə qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu böyük zəfər
təkcə bir seçkinin nəticəsi deyil. Bu, eyni zamanda ölkənizin demokratiyanın
inkişafında mühüm uğurlarını və xalqınızın Sizə etimadını aşkar surətdə nümayiş
etdirdi. Seçkinin nəticəsi həm də Azərbaycan xalqının Sizin liderliyiniz
ətrafında sıx birləşdiyini və parlaq gələcək üçün inamla irəlilədiyini
göstərdi. Bu qələbə Azərbaycanın milli birliyini gücləndirməklə yanaşı,
ölkənizin beynəlxalq aləmdəki rolunu daha da artıracaqdır.
Möhtərəm cənab Prezident, Siz hər zaman ölkənizin sabitliyi və inkişafı naminə
çalışaraq öz qətiyyətinizlə fərqlənmisiniz. Seçkidəki mühüm qələbəniz
münasibətilə Sizi Dünya Axıska Türkləri Birliyi və Azərbaycanda yaşayan yüz min
axıska türkü adından ən səmimi hisslərimlə təbrik edir, prezidentliyinizin yeni
dövründə Sizə böyük nailiyyətlər, Azərbaycana rifah dolu gələcək arzulayıram”.
Bundan başqa, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz
Yeri) rəhbəri Yevgeniya Qutsul da Prezident İlham Əliyevi təbrik edib.
Təbrik məktubunda
“Bütün qaqauz xalqı adından və şəxsən öz adımdan Sizə ehtiramımı bildirirəm və
ölkənizin müstəqilliyi dövründə ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində
keçirilən prezident seçkisində inamlı qələbəniz münasibətilə Sizi
səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan xalqı tərəfindən Sizə göstərilən bu etimad yüksək peşəkarlığınızın
və şəxsi keyfiyyətlərinizin, eləcə də ölkə əhalisi arasında qeyd-şərtsiz
nüfuzunuzun təsdiqidir.
Uzun illər ərzində Siz özünüzü Azərbaycan xalqının mədəniyyətini və tarixini,
milli maraqlarını qoruyub saxlayaraq, sosial-iqtisadi inkişafı təmin edərək
ölkəni mütərəqqi inkişaf yolu ilə irəliyə aparan alicənab və müdrik lider kimi
göstərmisiniz. Sizin səyləriniz nəticəsində bu gün Azərbaycan ən inkişaf etmiş
ölkələrdən biridir və onun beynəlxalq miqyasda nüfuzu ildən-ilə artır.
Qardaş xalqlarımız arasında münasibətləri yüksək qiymətləndiririk və Qaqauziya
Muxtariyyətinə diqqətinizə görə Sizə minnətdarıq. İnanırıq ki, gələcək
əməkdaşlığımız müxtəlif birgə layihələrdə öz əksini tapacaq.
Çox hörmətli cənab Prezident, Sizə dərin hörmətimi bildirirəm, möhkəm
cansağlığı, tükənməz enerji və yeni uğurlar arzu edirəm. Biz Sizi Qaqauz
torpağında görməyə həmişə şad olacağıq.
Sizə və bütün Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm”.
10:04
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda
“Azərbaycan Respublikasında 2024-cü il fevralın 7-də yüksək səviyyədə
keçirilmiş prezident seçkisində inamlı qələbəniz münasibətilə Zati-alinizi
TÜRKSOY-un Baş Katibliyi, Türk dövlətləri mədəniyyət nazirlərinin Daimi Şurası
adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı
bildirməkdən məmnunluq duyuram.
Seçkidə Azərbaycan xalqının Sizin namizədliyinizi hərtərəfli dəstəkləməsi
ölkənin ərazi bütövlüyünü tam bərpa etmiş və tarixi ədaləti bərqərar etmiş Ali
Baş Komandanına və müdrik liderinə sonsuz inamının əyani təzahürüdür.
Zati-alinizin zəngin təcrübəsinin və müdrik siyasətinin yeni dönəmdə də
Azərbaycanın tərəqqisinə və xalqın rifahına böyük töhfə verəcəyinə, TÜRKSOY ilə
Azərbaycan Respublikası arasındakı məhsuldar əməkdaşlığın və mədəni əlaqələrin
daha da genişlənərək inkişaf edəcəyinə inanıram.
Əminəm ki, beynəlxalq TÜRKSOY təşkilatının üzv ölkələrimiz arasında mədəni
əlaqələrin inkişaf etdirilməsi və türk dünyasının ayrılmaz parçası olan
Azərbaycanın zəngin mədəniyyətinin dünyada tanıdılması istiqamətində apardığı
fəaliyyətlər bundan sonra daha geniş vüsət alacaqdır.
TURKSOY-a diqqətini və dəstəyini əsirgəməyən Zati-alinizi bu mühüm qələbə
münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə və ailənizə möhkəm
cansağlığı, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi
arzulayıram”.
Bundan başqa, 2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini və
ədliyyə naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ana Birçal da
Prezident İlham Əliyevi təbrik edib.
Təbrik məktubunda
“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə
səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Mən Rumıniyanın Baş
nazirinin strateji tərəfdaşlıqlar və xüsusi əlaqələr üzrə müavini vəzifəsində
çalışarkən ölkələrimiz arasında güclü strateji tərəfdaşlığın şahidi olmuşam.
Sizin liderliyiniz bu münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayıb
və əminəm ki, əlaqələrimiz yeni dövrdə də inkişaf etməkdə davam edəcəkdir.
Seçkidəki qələbəniz Azərbaycan xalqının Sizin strategiya və liderliyinizə olan
inam və etimadının göstəricisidir. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi
inkişaf, beynəlxalq münasibətlər sahələrində mühüm nailiyyətlər əldə etmiş,
vətəndaşların firavanlığı daha da yüksəlmiş, ölkənin ərazi bütövlüyü bərpa
edilmiş və dünyada nüfuzu artmışdır. Bu nailiyyətlər Sizin ölkənizin
tərəqqisinə sadiqliyinizi nümayiş etdirməklə yanaşı, Rumıniya ilə Azərbaycan
arasında ortaq əməkdaşlıq ruhuna mühüm töhfə verir.
Gələcəyə baxarkən mən Sizin liderliyinizlə ölkələrimiz arasındakı əməkdaşlıq
imkanları barədə nikbin düşünürəm. Rumıniya-Azərbaycan strateji tərəfdaşlığı
regionlarımızda sabitlik, tərəqqi və sülh üçün möhkəm zəmindir. Ortaq strateji
layihələrimizi daha da inkişaf etdirmək üçün Sizinlə sıx işləməkdə davam etməyə
ümidvaram.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar
arzulayıram”.