04e4ac69-d6bf-4c99-812a-a56e19f668ad..jpg

İlham Əliyevlə Vladimir Putinin görüşündə Vardanyan məsələsi müzakirə olunub?

Baxış sayı: 514 dəfə baxılıb.

İlham Əliyevlə Vladimir Putinin görüşündə Vardanyan məsələsi müzakirə olunub?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin görüşün
açıq hissəsində Ruben Vardanyan ətrafındakı vəziyyəti müzakirə etməyib.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Qeyd edək ki, bu gün Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət
Başçıları Şurasının iclası keçirilir.

Xatırladaq ki, sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış
məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı
nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ
Respublikasının dövlət naziri” vəzifəsində çalışmış, 1968-ci il təvəllüdlü
Ruben KarleniVardanyan Azərbaycan Respublikasından
Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. O, dövlət Sərhəd
Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə
gətirilib.

Mənbə: TASS

Source link