İlham Zəkiyev yeddinci Dan Qara Kəmər sahibi oldu – FOTO

İlham Zəkiyev yeddinci Dan Qara Kəmər sahibi oldu – FOTO

Baxış sayı: 2. 732 dəfə baxılıb.

İlham Zəkiyev yeddinci Dan Qara Kəmər sahibi oldu – FOTO

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

ÇıxışYolu.Com xəbər verir ki, mötəbər turnir çərçivəsində ikiqat Paralimpiya, ikiqat dünya, yeddiqat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti olan cüdoçu İlham Zəkiyev də mükafatlandırılıb. 

O, yeddinci Dan Qara Kəmərlə təltif olunub. İ.Zəkiyevə mükafatı Beynəlxalq Cüdo Federasiyasının (IJF) idman direktoru Vladimir Barta təqdim edib.

Qeyd edək ki, İlham Zəkiyevin adı üç gün əvvəl Olimpiya çempionlarımız – Nazim HüseynovElnur Məmmədli ilə birgə IJF-in Şöhrət Zalına daxil edilmişdi. 

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com