3c32601e-fd03-4fef-86ed-79834da25ef4..jpg

İlıcalı “Survivor”da görmək istədiyi iki əfsanəvi futbolçunu açıqladı: “İndi texniki direktordurlar” – FOTO

Baxış sayı: 452 dəfə baxılıb.

İlıcalı “Survivor”da görmək istədiyi iki əfsanəvi futbolçunu açıqladı: “İndi
texniki direktordurlar” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur türkiyəli iş adamı və “Hall Siti” klubunun sahibi Acun İlıcalı
qatıldığı “Assist Analysis” proqramında “Survivor”da görmək istədiyi iki
əfsanəvi futbolçunu açıqlayıb.

Superliqada çıxış edən hansı futbolçuları “Survivor”a aparmaq istədiyi ilə
bağlı suala cavabında İlıcalı onları təqdim etməyə belə ehtiyacın olmadığını
söyləyib.

“Emre Belezoğlu ilə Arda Turanı götür, sonra televizorun qarşısına keç və bax.
Bundan sonra təqdim etməyimə belə ehtiyac yoxdur”, – deyə Acun bildirib.

Qeyd edək ki, hazırda Emre Belezoğlu “Ankaragücü” klubunun, Arda Turan isə
“Eyüpspor”un texniki direktoru kimi çalışırlar.

Mənbə: Haber Global

Source link