İlin əvvəlindən büdcəyə daxil olan pul açıqlandı

İlin əvvəlindən büdcəyə daxil olan pul açıqlandı

Baxış sayı: 2. 240 dəfə baxılıb.

Maliyyə Nazirliyi 2018-ci ilin birinci rübündə dövlət büdcəsinin icrasına (operativ) dair məlumat açıqlayıb.

ÇıxışYolu.Com-a nazirlikdən verilən məlumata görə, 2018-ci ilin birinci rübündə dövlət  büdcəsinin mədaxili 4562,9 mln. manat, xərcləri 4408,0 mln. manat olub, 154,9 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

2018-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4428,5 mln. manat proqnoza qarşı 4562,9 mln. manat və yaxud 134,4 mln. manat (3,0 faiz) çox olub.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1436,5 mln. manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 15,8 mln. manat və ya 1,1 faiz çoxdur. Həmin vəsaitin 67,5 faizi və yaxud 969,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2018-ci ilin birinci rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 726,9 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,3 faiz və yaxud 155,8 mln. manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 79,3 mln. manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə  21,2 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 71,0 faiz və yaxud 8,8 mln. manat çoxdur.

.
www.ÇıxışYolu.Com