“Forbes” jurnalı 2019-cu ildə ən çox qazanan məşhurların “ilk 100-lüy”ünü dərc edib.
Jurnalın rəsmi saytı xəbər verir ki, siyahıya 185 milyon dollarlıq qazancı ilə ABŞ müğənnisi Teylor Svift başçılıq edir.
İkinci yerdə Kardaşyan ailəsinin mənsublarından biri, amerikalı teleaparıcı Kayli Cenner qərarlaşıb. O, sərvətini 170 milyon dollar daha artırıb.
150 milyonluq qazancı ilə reper Kayne Uest üçüncü sıradadır.
Argentinalı futbolçu Lionel Messi siyahıya dördüncü pillədən girib – 127 milyon dollar.
“İlk beşliy”i isə 110 milyon dollarlıq gəliri ilə “Grammy” mükafatının laureatı Edd Şiran qapayıb.
Siyahının ən sonunda yer alan kanadalı məşhur müğənni Selin Dionun illik gəliri 37.5 milyon olub.
Qeyd edək ki, bu göstəricilər bir il ərzindəki gəlirlər nəzərə alınmaqla tarixin ən yüksək nəticələridir.