AFP agentliydə çalışan fotoqraf Rolando Şmitin çəkdiyi fotoşəkil “World Press Photo” beynəlxalq müsabiqəsində “ilin ən yaxşı fotoşəkili” seçilib.
ÇıxışYolu.Com xəbər verir ki, qalib fotoşəkildə ötən il Venesuellanın paytaxtı Karakasda baş verən iğtişaşlar zamanı alova qərq olan etirazçı əksini tapır.
Fotoqrafın dediyinə görə, ehtiyatsız şəkildə atılan Molotov kokteylindən yanıb.
“Sadəcə kameranı əlimə alıb, gördüklərimi çəkməyə çalışırdım, sonra gördüm ki, yanımda bir nəfər od tutub yanır. Özünü itirmişdi, əlacsız şəkildə insanların üzərinə, etirazçıların və tibb işçilərinin üzərinə qaçırdı. Onun qışqırıq səslərini indiyə kimi xatırlayıram”
Ətrafda olanlar etirazçının üzərinə su tökməklə onun həyatını xilas ediblər, sonradan o, xəstəxanaya təxliyə olunub.