Britaniyada 71-ci “BAFTA” televiziya mükafatlandırma mərasimi keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, münsiflər heyəti Killian Merfinin baş rolda çəkildiyi “Peaky Blinders” (“Ülgüc günlüklər”) teleşousunu ilin ən yaxşı dramatik serialı seçib.
Premyerası 2013-cü ildə baş tutmuş serial, İngiltərənin Birminqem şəhərində 19-cu əsrin sonlarında “at oynatmış” quldur qaraçı dəstəsindən bəhs edir.Teleşou real hadisələr əsasında lentə alınıb.
Serialın dördüncü mövsümü 2019-cu ildə nümayiş olunacaq.
İlin ən yaxşı xarici serialı adına isə məşhur yazıçı Marqaret Etvudun “Damazlıq qızın hekayəti” adlı romanı əsasında çəkilmiş eyni adlı serial layiq görülüb.